SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisin deputatları Şimali Kipr Məclisinin sədri ilə görüşmüşlər
Ankara, 18 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazil Mustafa və Zahid Oruc Lefkoşada Şimali Kipr Məclisinin sədri Həsən Bozer ilə görüşmüşlər.
Həsən Bozer bildirmişdir ki, Türkiyədə olduğu kimi, Şimali Kiprdə də türklər Azərbaycanı qardaş ölkə kimi qəbul edirlər.
Fazil Mustafa və Zahid Oruc Azərbaycan xalqının da hər zaman Şimali Kiprə dostluq və qardaşlıq hissləri bəslədiyini söyləmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara