SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). Dekabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcəkdir. İclasda komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarova iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Cənub-Şərqi Avropada gender bərabərliyi, qadınlara qarşı zorakılıq, siyasi partiyalar və qadınların siyasətdə təmsilçiliyi, milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Sahibə Qafarova iclasda “Əmək bazarında yaş diskriminasiyası” mövzusunda məruzə ilə çıxış edəcək, məruzə ətrafında müzakirələr aparılacaqdır.
Səfər dekabrın 5-də başa çatacaqdır.