RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ OLİMPİYA KOMİTƏSİNİN ÜZVLƏRİ VƏ ƏMƏKDAŞLARINA AZƏRBAYCAN RESPUBLİKASININ FƏXRİ ADLARININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında Olimpiya oyunlarına hazırlıq işlərində səmərəli fəaliyyətlərinə, habelə idman təhsili və jurnalistikasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və
idman xadimi”
Behbudov Rafiq Qəmbər oğlu
İsayev Xəzər Ağəli oğlu
Quliyev Çingiz Mikayıl oğlu
Novruzov Sucaxan Müseyib oğlu
“Azərbaycan Respublikasının əməkdar müəllimi”
Muradov Rasim Sədrəddin oğlu
“Azərbaycan Respublikasının əməkdar jurnalisti”
Fərzəliyev Murad Qoçu oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2007-ci il.