Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 355; 2003-cü il, № 10, maddə 546) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bəndinin ikinci abzasından “13-cü, 14-cü maddələrində,” sözləri, üçüncü abzasından “16-cı maddəsinin birinci hissəsində” sözləri, altıncı abzasından “14-cü maddəsində,” sözləri çıxarılsın;

1.2. 3-cü bəndinin dördüncü abzasında “26-cı maddəsinin ikinci hissəsinin” sözləri “26-cı maddəsinin üçüncü hissəsinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №6, maddə 345; 2001-ci il, №7, maddə 456, №9, maddə 593, №10, maddə 640; 2002-ci il, №7, maddə 412, №8, maddə 480; 2003-cü il, №6, maddə 290, №10, maddə 585; 2004-cü il, №1, maddə 19, №7, maddə 537; 2005-ci il, №2, maddə 69, №7, maddə 597) 28-ci maddəsinin 1-ci hissəsinin 10-cu bəndindən “qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək keyfiyyətli toxumlar yetişdirməyə əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədi ilə dövlət toxumçuluq xidməti orqanlarına toxum istehsalı üzrə qapalı rayonlar müəyyən edilməsinə razılıq vermək;” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 265) 2-ci bəndindən “və “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin on birinci abzasında” sözləri çıxarılsın.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin