Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 2194 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların

müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 398; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299) adında, preambulasında, 1-ci bəndinin ikinci, dördüncü, beşinci abzaslarında və 2-ci bəndinin ikinci abzasında «Qırmızı Xaç və Qırmızı Aypara» sözləri «Qızıl Xaç və Qızıl Aypara» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 473) ilə təsdiq edilmiş «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə»nin 2.1-ci bəndinin doqquzuncu abzasında «Qırmızı Xaç» sözləri «Qızıl Xaç» sözləri ilə əvəz edilsin.

3. «Beynəlxalq Qırmızı Xaç Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 357 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, (II kitab), maddə 196) adında, 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində «Qırmızı Xaç» sözləri «Qızıl Xaç» sözləri ilə əvəz edilsin.

4. «Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 22 iyun tarixli 951 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 358) adında, preambulasında, 1-ci bəndinin ikinci və dördüncü abzaslarında «Qırmızı Xaç və Qırmızı Aypara» sözləri «Qızıl Xaç və Qızıl Aypara» sözləri ilə əvəz edilsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin