AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olmuş aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Abbasov Tofiq Teymur oğlu
Ağayev Oqtay Mirzəbaba oğlu
Ələsgərova Ziba Əlixeybər qızı
Əliyev Əli Cəlil oğlu
Əzimzadə Eldar Muxtar oğlu
Həsənov İbadulla Əziz oğlu
Hüseynov Fikrət Paşa oğlu
Hüseynov Sabir Məmməd oğlu
Kərimov Ehsan Qafur oğlu
Mehdiyev Tofiq Qasım oğlu
Miriyev Mirpaşa Mirismayıl oğlu
Pavlidi Alkiviad Georgiyeviç
Rzayeva Zeynəb Hüseynqulu qızı
Sadıqov Əbdülağa Sadıq oğlu
Şamxalov Şamil Abdullayeviç
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il