RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
ZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Abbasov Nəzərəli Səfərəli oğlu
Abdullayeva Həlimə Yusif qızı
Abdullayeva Səfurə Seyfulla qızı
Ağamuradov Nizaməddin Ağamurad oğlu
Ağayeva Kəmalə Ağa qızı
Balayeva Həlimət Məcid qızı
Behbudova Cülyetta Balabekovna
Cabbarlı Gülarə Cəfər qızı
Əlizadə Aqşin Əliqulu oğlu
Əzimzadə Zəhra Əzim qızı
Ləzgiyeva Güllü Namaz qızı
Maniyev Muxtar Qəmbər oğlu
Məmmədova Adelaida İrza qızı
Musayev Talıb Qurban oğlu
Nəsrullayeva Həcər Məmməd qızı
Turan Cavid Hüseyn Cavid qızı
Vəkilova Aybəniz Səməd Vurğun qızı
Vəkilova Xavər Əhməd qızı
2. Azərbaycan Respublikasının Nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2003-cü il