AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
hesab edilməsi haqqínda
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar qərara alıram:
I. “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından ötrü test nümunələrinin hazırlanması və qəbul edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 550 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 526) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların adında, 1-ci, 3.3-cü, 4.2-ci, 4.5-ci və 5-ci bəndlərində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə, 1-ci bəndində “onuncu - on dördüncü” sözləri “altıncı - doqquzuncu” sözləri ilə əvəz edilsin.
II. “İcra hakimiyyəti orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 551 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 527) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş şəhadətnamənin nümunəsinin adında və mətnində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
III. “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 581) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların adında, 1-ci, 7.4-cü və 15-ci bəndlərində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə, 4-cü bəndində “onuncu - on dördüncü” sözləri “altıncı - doqquzuncu” sözləri ilə, 6-cı bəndində “təhsil haqqında” sözləri “ali təhsil haqqında” sözləri ilə əvəz edilsin.
IV. “Sınaq müddəti ilə müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 582) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş müqavilənin (kontraktın) nümunəsinin adında və 1.1-ci bəndində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
V. “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 583) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin.
VI. “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 584) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydalarda:
a) adında, 1-ci, 5.2-ci, 10-cu, 16-cı bəndlərdə “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
b) 4-cü bənddən “inzibati” sözü çıxarılsın və bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir”;
c) 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik fasiləsiz əmək stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, dördüncü – yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik fasiləsiz əmək stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
Bu bəndin birinci abzasínda müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin ardınca gələn inzibati vəzifə təsnifatına uyğun ixtisas dərəcəsi verilir.
Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik fasiləsiz əmək stajı, müvafiq vəzifədə isə azı beş illik fasiləsiz əmək stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
dördüncü - altıncı təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 3 il təşkil etməlidir;
yeddinci - doqquzuncu təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.
Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri almaq üçün aşağıdakılar vacibdir:
birinci-üçüncü təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.”;
ç) 7-ci bənddə “1-9” rəqəmləri “1-5” rəqəmləri ilə, “10-14” rəqəmləri “6-9” rəqəməlri ilə əvəz edilsin və “qulluğuna götürüldükdə” sözlərindən sonra “yardımçı vəzifə iddiasında olanlar isə müvafiq vəzifəyə təyin edildikdə” sözləri əlavə edilsin;
d) 8-ci bənddə “Qaydaların 4-cü və 5-ci bəndlərində müəyyən edilən qaydada” sözləri “Qaydalara əsasən” sözləri ilə əvəz edilsin;
e) 9-cu bənddə “dövlət qulluğu” sözləri“dövlət qulluğunun baş” sözləri ilə əvəz edilsin;
ə) 12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“12. İxtisas dərəcəsinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay aşağıdakı miqdarda vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:
şərti maliyyə vahidi
Həqiqi dövlət müşaviri -30 misli
1-ci dərəcə dövlət müşaviri -28 misli
2-ci dərəcə dövlət müşaviri -26 misli
3-cü dərəcə dövlət müşaviri -24 misli
Dövlət qulluğunun baş müşaviri -21 misli
Dövlət qulluğunun müşaviri -20 misli
Dövlət qulluğunun kiçik müşaviri -18 misli
1-ci dərəcə dövlət qulluqçusu -16 misli
2-ci dərəcə dövlət qulluqçusu -14 misli
3-cü dərəcə dövlət qulluqçusu -12 misli
Kiçik dövlət qulluqçusu -10 misli
Dövlət qulluğunun baş referenti - 9 misli
Dövlət qulluğunun böyük referenti - 8 misli
Dövlət qulluğunun 1-ci dərəcə referenti - 7 misli
Dövlət qulluğunun 2-ci dərəcə referenti - 6 misli
Dövlət qulluğunun 3-cü dərəcə referenti - 5 misli
Dövlət qulluğunun kiçik referenti - 4 misli”
f) 14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Dövlət qulluqçusunun ixtisas dərəcəsindən məhrum edilməsi və Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar işdən azad edilməsi halları istisna olmaqla, dövlət quluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır”
VII. “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 571 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 586) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların adında və 1-ci bəndində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
VIII. “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 48) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;
2. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların adında və 1-ci bəndində “icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə, 9-cu bəndində “işlədiyi dövr nəzərə alınır” sözləri “habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir” sözləri ilə əvəz edilsin, 13-cü bənd çıxarılsın.
IX. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli 728 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №7, maddə 396) 1-ci bəndi çıxarılsın.
X. “İcra hakimiyyəti orqanlarında vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri dövlət qulluğunu idarəetmə orqanının tövsiyəsi ilə razılaşmadıqda yaranmış fikir ayrılığının aradan qaldırılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 570 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 585) qüvvədən düşmüş hesab edilsin.
ХI. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının aylıq vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş ixtisas dərəcəsinə və vəzifədə qulluq stajına görə əlavələrin bu Fərmanla edilmiş dəyişikliklər nəzərə alınmaqla 2003-cü il sentyabrın 1-dən tətbiq edilməsini təmin etsin;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanla edilmiş dəyişikliklər nəzərə alınmaqla dövlət orqanlarında çalışan dövlət qulluqçularının vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin tətbiq edilməsi üçün tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət orqanlarının saxlanması üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq tədbirlər görsün;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
4 avqust 2003-cü il.