AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
F.S.ABDULLAYEVİN AZƏRBAYCAN RESPUBLİKASI APELLYASİYA MƏHKƏMƏSİ SƏDRİNİN MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ VƏ APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ SƏLAHİYYƏTLƏRİNƏ XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərhad Sahib oğlu Abdullayev öz ərizəsinə əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifəsindən azad edilsin və onun Apellyasiya Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilsin.Heydər Əliyev,Azərbaycan Respublikasının Prezidenti.Bakı şəhəri, 25 iyun 2003-cü il.