AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ŞTANDARTI (BAYRAĞI) HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) təsviri” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikası Prezidentinin rəsmi simvoludur;
2.2. Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır;
2.3. Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) dublikatı Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2008-ci il.