Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ OLİMPİYA TƏQAÜDÜNÜN MƏBLƏĞİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 594; 2006-cı il, № 5, maddə 403; 2008-ci il, № 1, maddə 5) 1-ci bəndi ilə müəyyən edilmiş xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq, həmin bənddə “yeddi yüz əlli” sözləri “min” sözü ilə əvəz edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin