AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
QÜVVƏYƏ MINMƏSI VƏ BUNUNLA BAĞLI HÜQUQI TƏNZIMLƏMƏ MƏSƏLƏLƏRI
HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTININ 2000-CI IL 25 AVQUST
TARIXLI 386 NÖMRƏLI FƏRMANININ
ICRASININ TƏMIN EDILMƏSI ILƏ ƏLAQƏDAR BƏZI TƏDBIRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust
tarixli 386 nömrəli Fərmanının
icrasının təmin edilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında
AzƏrbaycan Respublikası Prezidentinin FƏrmanı
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü və dördüncü abzaslarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Bütün qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib edilməsi və aparılması" Qaydaları təsdiq edilsin (əlavə olunur-Əlavə I).
2. "Qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestri, onun tərtib edilməsi və aparılması" Qaydaları təsdiq edilsin (əlavə olunur-Əlavə II).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
27 sentyabr 2003-cü il.
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
27 sentyabr tarixli 926 nömrəli Fərmanı ilə təsdiq edilmişdirBütün qiymƏtli kağızlarla girovun rƏsmi reyestri, onun tƏrtib edilmƏsi vƏ aparılması Qaydaları
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Girov haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 26 iyun tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə müvafiq olaraq hazırlanmış və bütün qiymətli kağızlarla girovun rəsmi reyestrinin (bundan sonra-rəsmi reyestr) tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.
I. Ümumi müddəalar1.1. Dövlət qeydiyyatına alınmış qiymətli kağızlarla girova dair hüquqların uçotu və dövlət qeydiyyatı rəsmi reyestrdə aparılır. Rəsmi reyestrin aparılması Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra-QKDK) tərəfindən həyata keçirilir.
1.2. Rəsmi reyestrin aparılması-girov qoyulmuş qiymətli kağızlar üzrə hüquqların məhdudlaşdırılması haqqında bütün məlumatların mərkəzləşdirilmiş qaydada toplanması və aparılması üçün nəzərdə tutulur.
1.3. Rəsmi reyestrdə bütün qiymətli kağızların girovu, sonrakı girovu, girova xitam verilməsi, girov qoyulmuş qiymətli kağızlara tutmanın yönəldilməsi, girov qoyulmuş qiymətli kağızların dəyərinin dəyişdirilməsi, girov müqaviləsində dəyişikliklər edilməsi, girovla təmin edilmiş öhdəlik üzrə borcun keçməsi və girov müqaviləsi üzrə hüquqların güzəşt edilməsi ilə bağlı məlumatları əks etdirən qeydlər aparılır.
II. Rəsmi reyestrin tərtib edilməsi qaydası
2.1. Rəsmi reyestr bir-birindən ayrı aparılan aşağıda göstərilən üç hissədən ibarət tərtib edilir:
2.1.1. girovun dövlət qeydiyyatına alınması üçün ərizəçinin (girovqoyanın) təqdim etdiyi sənədlərin daxil olması barədə qeydiyyat aparılan sənədlərin uçotu kitabı (xüsusi kitab);
2.1.2. girovun dövlət qeydiyyatı və əlavə qeydiyyatı ilə əlaqədar məlumatları əks etdirən reyestr kitabı;
2.1.3. girovun dövlət qeydiyyatına və əlavə qeydiyyata alınması üçün təqdim edilən sənədlərin yığılıb saxlanması üçün qovluqlar.
2.2. Rəsmi reyestrin hər üç hissəsində girovla bağlı yazıların nömrələnməsi aşağıdakı kimi həyata keçirilir:
2.2.1. xüsusi kitabda sənədlərin daxil olması barədə dövlət qeydiyyat nömrəsi-xüsusi kitabın nömrəsi və bu kitabda sənədlərin sıra nömrəsi əsasında formalaşır;
2.2.2. reyestr kitabında nömrələnmə-girovun dövlət qeydiyyatı və əlavə qeydiyyat nömrəsi əsasında aparılır;
2.2.3. təqdim olunmuş sənədlərin saxlandığı qovluqda nömrələnmə-reyestr kitabı üzrə dövlət qeydiyyatı və əlavə qeydiyyat nömrələrinə uyğun aparılır.
III. Rəsmi reyestrin aparılması qaydası
3.1. Rəsmi reyestr QKDK-da kağız və elektron daşıyıcıları vasitəsilə Azərbaycan Respublikasının dövlət dilində aparılır.
3.2. Rəsmi reyestrin aparılması QKDK tərəfindən təyin olunan məsul icraçı tərəfindən həyata keçirilir. Məsul icraçı xüsusi kitabda və reyestr kitabında dövlət qeydiyyatı və əlavə qeydiyyat barədə yazıları apararaq imzalayır. Sonra sənədləri müvafiq qovluqlara yığaraq qovluğu müvafiq qaydada nömrələyir və imzalayır.
3.3. Rəsmi reyestrdə girovun dövlət qeydiyyatı ilə bağlı aşağıdakı məlumatlar qeyd edilir:
3.3.1. girovqoyan, girovla təmin edilmiş öhdəlik üzrə borclu, girovsaxlayan (kreditor), girovu idarə edən (əgər təyin olunubsa)-fiziki şəxsdirsə, adı, soyadı, atasının adı, yaşayış yeri; hüquqi şəxsdirsə, adı və olduğu yer;
3.3.2. girov qoyulan qiymətli kağızların təsviri:
-girov qoyulan qiymətli kağızların növü;
-girov qoyulan qiymətli kağızların buraxılışının dövlət qeydiyyat nömrəsi, tarixi və sənədi vermiş orqanın adı;
-girov qoyulan qiymətli kağızlara mülkiyyət hüququnu təsdiq edən sənədin adı, seriyası, nömrəsi, tarixi və sənədi vermiş orqanın adı;
-girov qoyulan qiymətli kağızların nominal dəyəri və sayı;
-girov qoyulmuş qiymətli kağızların ümumi məbləği;
-emitentin tam adı və olduğu yer;
-depozitarın və ya reyestrsaxlayıcının tam adı və olduğu yer;
3.3.3. təminatlı borcun tərifi və məbləği.
3.4. Rəsmi reyestrdə aparılan bütün qeydlər müvafiq qrafalara yazılır və məsul icraçı tərəfindən imzalanır.
3.5. Hər bir girovla təmin edilmiş öhdəliyin yazılması üçün reyestrdə bir vərəq nəzərdə tutulur. Vərəqin üz tərəfində dövlət qeydiyyatı barədə, arxa tərəfində isə əlavə qeydiyyat haqqında məlumatlar yazılır.
Vərəqin səhifəsində məlumatların qeyd edilməsi üçün yer çatmadıqda, həmin səhifəyə vərəq əlavə edilir və əlavə edilmiş vərəq əsas vərəqin səhifə nömrəsinə əlifba sırası ilə hərflər əlavə edilməklə nömrələnir.
3.6. "Girov haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmış girovun əlavə qeydiyyatı zamanı yazılmalı məlumatlar aşağıdakılardır:
3.6.1. girov müqaviləsində dəyişikliklər edildikdə-dəyişikliklər barədə müfəssəl məlumat;
3.6.2. girovu idarə edən sonradan təyin olunduqda və ya onun təyinatına xitam verildikdə-girovu idarə edənin adı, yaşadığı və ya olduğu yer, təyinatı və ya təyinatına xitam verilməsi barədə məlumat;
3.6.3. girovla təmin edilmiş öhdəlik üzrə borc başqasına keçdikdə-yeni borclunun adı, yaşadığı və ya olduğu yer, borcun məbləği və borcun keçməsinə səbəb olan əsas haqqında məlumatlar;
3.6.4. girov qoyulan qiymətli kağızlar üzərində mülkiyyət hüququ başqa şəxsə keçdikdə-mülkiyyət hüququnu əldə etmiş şəxsin adı, yaşadığı və ya olduğu yer və mülkiyyət hüququnun yaranmasını təsdiq edə sənəd haqqında məlumatlar;
3.6.5. girova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulmuş hallarda xitam verildikdə-xitama səbəb olan hal haqqında məlumat;
3.6.6. girov qoyulmuş qiymətli kağızlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə uyğun olaraq tutma yönəldildikdə-qiymətli kağızların girovu ilə təmin edilmiş öhdəliyin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə məlumatlar;
3.6.7. məhkəmə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsızlığı barədə qərardad çıxardıqda-qərardadın məzmunu və həmin qərardad barədə məlumat;
3.6.8. tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı ləğv edildikdə-bildirişin qeydiyyatının ləğvinə səbəb olan əsas haqqında məlumat.
3.7. Girovun əlavə qeydiyyat qeydinin rəsmi reyestrə yazılması zamanı bu Qaydaların 3.6-cı bəndində nəzərdə tutulan məlumatlarla yanaşı, dövlət qeydiyyatından keçmiş girovun dövlət qeydiyyat nömrəsi və tarixi də əks etdirilir.
3.8. Girova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294-cü maddəsinə əsasən xitam verildiyi hallarda rəsmi reyestrə aşağıdakı məlumatlar yazılır:
3.8.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə-xitama səbəb olan hal və onu təsdiqləyən əsaslar haqqında məlumatlar;
3.8.2. girov saxlayan girov qoyulmuş qiymətli kağızların itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda və bunun nəticəsində girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb etdikdə-təhlükənin mövcudluğunu təsdiq edən hal və girova vaxtından əvvəl xitam verilməsi tələbi haqqında məlumatlar;
3.8.3. girov qoyulmuş qiymətli kağızlar məhv olduqda-qiymətli kağızların məhv olmasını təsdiqləyən hallar barədə məlumatlar;
3.8.4. girov qoyulmuş qiymətli kağızlar açıq hərracdan satıldıqda-qiymətli kağızların satılması və qiymətli kağızların yeni mülkiyyətçisi barədə məlumatlar.
3.9. Girov qoyulmuş qiymətli kağızlara tutmanın yönəldilməsi rəsmi reyestrdə qeyd edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq aşağıdakı məlumatlar yazılır:
3.9.1. tutma girov qoyulmuş qiymətli kağızlara məhkəməyə müraciət edilmədən yönəldildikdə-tələbin girov qoyulmuş qiymətli kağızlar hesabına məhkəməyə müraciət edilmədən ödənilməsi barədə girov saxlayanla girovqoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma və tutmanın girov qoyulmuş qiymətli kağızlara yalnız məhkəmənin qərarı ilə yönəldilməsinə yol verilən halların mövcud olmaması barədə məlumatlar;
3.9.2. tutma girov qoyulmuş qiymətli kağızlara məhkəmənin qərarı ilə yönəldildikdə-tutmanın girov qoyulmuş qiymətli kağızlara yönəldilməsi barədə məhkəmənin qərarı və onun məzmunu barədə məlumatlar.
3.10. Rəsmi reyestrə müvafiq qeydlərin daxil edilməsi "Girov haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci və 12-ci maddələri ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlarla girov barədə qeydiyyat və əlavə qeydiyyat ərizələrinin təqdim edilməsi əsasında həyata keçirilir. Ərizələrə bu Qaydaların III Bölməsində tələb olunan məlumatları əks etdirən sənədlər əlavə edilməlidir.
3.11. Rəsmi reyestrdə həmçinin girov qoyulmuş qiymətli kağızlar barədə məhkəmənin qərarı, onlara həbs qoyulması və girov qoyulmuş qiymətli kağızlarla əlaqədar digər məlumatlar əks etdirilir. Məhkəmə və digər orqanlar girov qoyulmuş qiymətli kağızlara dair qəbul etdikləri qərarları QKDK-ya təqdim edirlər.
IV. Yekun müddəalar4.1. QKDK bütün qiymətli kağızlarla girov haqqında məlumat bazasını yaradaraq, rəsmi reyestrə daxil edilmiş məlumatların saxlanılmasını və aşkarlığını təmin edir.
4.2. Rəsmi reyestrin aparılması üçün təyin edilmiş məsul icraçı bu Qaydaların pozulmasına görə məsuliyyət daşıyır.
4.3. Bütün qiymətli kağızlarla girov barədə müraciət edən fiziki və hüquqi şəxslər məsul icraçının hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada QKDK-nın rəhbərliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərlər.
4.4. Bu Qaydalara riayət edilməsinə nəzarəti QKDK həyata keçirir.
Əlavə II

27 sentyabr tarixli 926 nömrəli Fərmanı ilə təsdiq edilmişdir
QiymƏtli kağızlarla rƏsmilƏşdirilƏn daşınmaz Əmlakın ipotekasının dövlƏt reyestri, onun tƏrtib edilmƏsi vƏ aparılması Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Girov haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə müvafiq hazırlanmış və daşınmaz əmlakın ipotekasının qiymətli kağızlarla rəsmiləşdirilməsi, qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının (bundan sonra -ipoteka) dövlət reyestrinin (bundan sonra -dövlət reyestri) tərtib edilməsi və aparılması Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra -QKDK) tərəfindən həyata keçirilir.
II. İpotekanın qiymətli kağızlarla rəsmiləşdirilməsi qaydası
2.1. İpoteka müqaviləsi ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığı ilə adlı qiymətli kağızlar -ipoteka şəhadətnaməsi ilə rəsmiləşdirilə bilər.
İpoteka şəhadətnaməsinin verilməsi ipoteka müqaviləsində nəzərdə tutulur.
2.2. İpoteka şəhadətnaməsi onun sahibinin aşağıdakı hüquqlarını təsdiq edir.
2.2.1. İpotekanın təmin etdiyi öhdəliyin mövcudluğunu təsdiq edən əlavə sübutlar təqdim etmədən, həmin öhdəliyin icrasını almaq hüququnu;
2.2.2. ipoteka müqaviləsində göstərilən daşınmaz əmlak hesabına öz tələblərini təmin etmək hüququnu.
2.3. İpoteka ilə təmin edilən öhdəlik üzrə borclu şəxs və ipoteka qoyan şəxs ipoteka şəhadətnaməsi üzrə borclu hesab edilir.
2.4. Əgər ipoteka ilə təmin edilən öhdəlik üzrə pul borcunun məbləği müqavilə bağlandığı anda dəqiq müəyyən edilməmişdirsə və ipoteka müqaviləsində həmin məbləği sonradan tələb olunan anda müəyyən etmək qaydası və şərtləri nəzərdə tutulmamışdırsa, ipoteka şəhadətnaməsinin verilməsinə yol verilmir.
Bu bənddə göstərilən hallarda ipoteka müqaviləsinin ipoteka şəhadətnaməsinin verilməsini nəzərdə tutan şərtləri etibarsızdır.
2.5. İpoteka şəhadətnaməsinin (əlavə 1) məzmununda aşağıdakılar göstərilməlidir:
2.5.1. sənədin adı olaraq "İpoteka şəhadətnaməsi "sözləri;
2.5.2. tərəflərin (ipoteka qoyanın, ipoteka ilə təmin edilən öhdəlik üzrə borclunun, ipoteka saxlayanın) adı, yaşadığı və ya olduğu yer;
2.5.3. ipoteka ilə təmin edilmiş öhdəlik barədə müqavilənin adı, onun bağlanma tarixi və yeri və ya belə öhdəliyin yaranmasına səbəb olan digər əsas;
2.5.4. ipoteka ilə təmin edilmiş öhdəlik üzrə ödənilməli olan pul borcunun məbləği və faiz dərəcəsi (əgər faiz nəzərdə tutulubsa), yaxud lazım olan anda bu məbləğin və faizin məbləğinin müəyyən edilməsi qaydası və şərtləri;
2.5.5. ipoteka ilə təmin edilmiş öhdəlik üzrə pul məbləğinin ödənilməsi müddətləri, əgər bu məbləğin ödənilməsinin hissə-hissə yerinə yetirilməsi nəzərdə tutulursa, hər bir müvafiq ödənişin yerinə yetirilmə müddəti və məbləği, yaxud belə məbləğlərin miqdarının və yerinə yetirilmə müddətlərinin müəyyənləşdirmə qaydası və şərtləri (borcun ödənilməsi planı);
2.5.6. ipoteka predmeti olan daşınmaz əmlakın adı, yeri və eyniləşdirilməsi üçün zəruri olan təsviri;
2.5.7. ipoteka predmeti olan daşınmaz əmlakın qiymətinin pulla ifadəsi;
2.5.8. ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan mülkiyyət hüququnu dövlət qeydiyyatına almış orqanın adı, dövlət qeydiyyatını təsdiq edən sənədin adı, nömrəsi, tarixi, dövlət qeydiyyatına alınma yeri;
2.5.9. ipotekanın dövlət qeydiyyatına alınması anınadək ipoteka predmeti olan daşınmaz əmlakın üçüncü şəxsin hüquqları ilə yüklü olub-olmaması barədə məlumat;
2.5.10. ipoteka müqaviləsinin notarius tərəfindən təsdiq edilmə vaxtı və yeri, notariat kontorunun nömrəsi;
2.5.11. ipoteka şəhadətnaməsinin ilkin ipoteka saxlayana təqdim edilmə tarixi (bu qrafa QKDK-ya təqdim edilən anda boş saxlanılır və QKDK tərəfindən doldurulur).
İpoteka şəhadətnaməsində ötürücü yazılar və icra qeydləri ona bərkidilmiş əlavə vərəqdə davam etdirilə bilər.
2.6. İpoteka şəhadətnaməsinə dəyişikliklər edilməsi aşağıdakı üsullardan birindən istifadə etməklə həyata keçirilir:
2.6.1. ipoteka şəhadətnaməsinə dəyişikliklər haqqında sazişin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilməklə və ipoteka şəhadətnaməsinin mətnində həmin sazişi ipoteka şəhadətnaməsinin tərkib hissəsi olan sənəd kimi göstərməklə, ipoteka şəhadətnaməsinin mətnində dəyişikliklər etmək;
2.6.2. əvvəlki ipoteka şəhadətnaməsini ləğv etmək və müvafiq dəyişikliklər nəzərə alınmaqla tərtib edilən yeni ipoteka şəhadətnaməsini vermək.
Sonuncu halda yeni ipoteka şəhadətnaməsi bu Qaydaların 6.6-cı bəndinə uyğun olaraq dövlət reyestrində qeydə alınmalı və ipoteka saxlayana verilməlidir.
Ləğv edilmiş ipoteka şəhadətnaməsi QKDK-nın arxivində ipoteka haqqında qeydiyyat ləğv edilənə kimi saxlanılır.
III. Dövlət reyestri və onun tərtib edilmə qaydası
3.1. Dövlət reyestri sistemi qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekası haqqında məlumatların (qeydlərin) Azərbaycan Respublikası ərazisində vahid şəkilə salınmış sistemidir. Dövlət reyestri sisteminə ipotekanın dövlət reyestri, bu barədə hüquqi sənədlərdən ibarət iş qovluğu və sənədlərin uçotu kitabı daxildir.
3.2. Qiymətli kağızlarla rəsmiləşdirilən ipoteka üçün hüquqi sənədlərdən ibarət bir iş qovluğu açılır və müəyyən daşınmaz əmlakın ipotekasının qeydiyyatı üçün tələb olunan bütün sənədlər bu qovluğa yığılır.
3.3. Sənədlərin uçotu kitabına təqdim edilmiş sənədlər haqqında məlumatlar yazılır.
3.4. Dövlət reyestri ipoteka qoyulmuş hər bir daşınmaz əmlak haqqında yazılar (qeydlər, məlumatlar) olan bölmələrdən ibarətdir. Reyestrin hər bir bölməsinə daşınmaz əmlakın təsviri, ipoteka qoyan şəxsin həmin əmlaka olan mülkiyyət hüququ, həmin əmlakın yüklülüyü barədə yazılar daxil edilir.
Dövlət reyestrinin hər bir bölməsi ipoteka şəhadətnaməsinin nömrəsi ilə eyniləşdirilir.
3.5. Dövlət reyestri aşağıdakı üç bölmədən ibarətdir:
3.5.1. torpaq sahəsinin (kondominat -bütün obyekt üzərində ümumi paylı mülkiyyət hüququnun mövcud olduğu torpaq sahəsi daxil olmaqla) ipotekası haqqında qeyd (əlavə 2);
3.5.2. müəssisə, bina və tikilinin ipotekası haqqında qeyd (əlavə 3);
3.5.3. mənzil, qeyri-mənzil sahəsi, binanın digər tərkib hissələri və digər daşınmaz əmlakın ipotekası haqqında qeyd (əlavə 4).
Bu bölmələrdən hər biri üzrə ayrıca reyestr kitabı açılır.
3.6. Dövlət reyestrinin hər bir bölməsi aşağıdakı üç hissədən ibarətdir:
3.6.1. ipoteka qoyulan daşınmaz əmlakın təsviri;
3.6.2. ipoteka qoyulan daşınmaz əmlaka olan mülkiyyət hüququ və həmin əmlakın yüklülüyü barədə yazılar (məlumatlar);
3.6.3. ipoteka haqqında yazılar (məlumatlar).
IV. Dövlət reyestrinin
aparılmasının ümumi qaydaları
4.1. Dövlət reyestrinin bölmələri üzrə hər bir ipoteka barədə qeydlər ayrı vərəqlərdə aparılır.
4.2. Qeydiyyat nömrəsi sənədlərin qəbulu zamanı sənədlərin uçotu kitabının nömrəsi və bu kitabda sənədlərin sıra nömrəsi əsasında formalaşır.
4.3. Dövlət reyestrinin bölmələrinə aid olan vərəqlərin sıra nömrəsi "Vərəq" qrafasında qeyd edilir. Reyestrə daxil edilən məlumatlar bir vərəqə sığmadığı halda yazılar əlavə vərəqdə yerləşdirilir, bu zaman əlavə yazılar olan vərəqlərdə "Vərəq" qrafasında əsas vərəqin əlifba hərfləri əlavə olunmuş sıra nömrələri göstərilir. Məsələn: birinci vərəqin nömrəsi 3 olduğu halda, əlavə vərəq 3-a, 3-b, 3-c və i.a. nömrələrlə nömrələnir. Hər bir vərəqdə ipoteka şəhadətnaməsinin nömrəsi əks etdirilir.
Nömrələnmənin analoji qaydaları dəyişikliklər haqqında yazılar olan vərəqlər üçün də istifadə edilir.
4.4. Dövlət reyestrinin hər bir bölməsinin başlanğıcında reyestrə daxil edilən vərəqlərin siyahısı yerləşdirilir.
4.5. İpoteka qoyulan daşınmaz əmlaka olan mülkiyyət hüququna və yüklülüyə xitam verildikdə dövlət reyestrinin müvafiq yazıları dayandırılır. Yazıların dayandırılması bu Qaydaların XI bölməsinə uyğun olaraq həyata keçirilir.
4.6. İpoteka qoyulan daşınmaz əmlakın mülkiyyətçisi kimi fiziki şəxslər çıxış etdiyi halda dövlət reyestrinin yazılarında fiziki şəxslərin adı, soyadı, atasının adı, doğum tarixi, şəxsiyyəti təsdiq edən sənəd və onun rekvizitləri, yaşayış yeri, hüquqi şəxslər olduqda isə adı, olduğu yer, dövlət qeydiyyatının tarixi və yeri, qeydiyyat şəhadətnaməsinin nömrəsi göstərilir.
4.7. "Əsas hesab edilən sənədlər" qrafasında ipoteka qoyanın ipoteka qoyulan daşınmaz əmlaka olan mülkiyyət hüququnu və üçüncü şəxslərin hüquqları ilə yüklənməsini təsdiq edən sənədin və ipotekanın yaranmasına əsas olan sənədin rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi, onu verən və ya təsdiq edən orqanın adı) sadalanır.
4.8. "Qeydiyyatçının xüsusi qeydləri" qrafasına ipoteka qoyulan daşınmaz əmlak haqqında məlumatlar və bütün yazıların yeniləşdirilməsi tələb olunmayan dəyişikliklər (obyektin adının və ya yerləşdiyi ünvanın adının yeniləşməsi ilə əlaqədar dəyişikliklər və s.) haqqında əlavə məlumatlar yazılır.
4.9. Dövlət reyestrində hər bir yazı qeydiyyatçının soyadının, yazının həyata keçirilməsi tarixinin göstərilməsi və qeydiyyatçının möhürlə təsdiq edilmiş imzası ilə başa çatır.
4.10. Dövlət reyestrinin rəqəmlərlə ifadə olunmuş bütün məlumatları ölçü vahidləri ilə göstərilir.
V. Reyestrin bölmələrinin
doldurulması
5.1. Reyestrin bölmələrində daşınmaz əmlak növlərinə uyğun olan formaları: torpaq sahələri (əlavə 2), müəssisə, bina və yaxud qurğular (əlavə 3), mənzil, qeyri-yaşayış obyektləri, bina və qurğuların digər tərkib hissələri (əlavə 4) əks etdirilir. Torpaq sahələrinin, yaxud onun üzərində yerləşən bina və qurğuların kondominatın (bütün obyekt üzərində ümumi paylı mülkiyyətin mövcud olduğu torpaq sahəsinin) tərkibinə daxil olduğu hallarda da əlavə 2-də göstərilən formadan istifadə olunur, lakin bu zaman başlıqda müvafiq obyektlərin kondominatın tərkibinə daxil olduğu göstərilir.
5.2. "İpoteka predmetinin təsviri" qrafasında daşınmaz əmlak və ya onun hissələrinin ipotekaya qoyulması haqqında məlumatlar daxil edilir. Bu qrafada ipoteka qoyulan daşınmaz əmlakın adı, eyniləşdirmə üçün lazım olan təsviri, yerləşdiyi yer və ipoteka şəhadətnaməsində olan digər məlumatlar qeyd edilir.
5.3. "Təyinatı" qrafasında daşınmaz əmlakın əsas təyinatı (yaşayış, qeyri-yaşayış sahəsi, istehsal, anbar, ticarət yeri və s.) göstərilir. Torpaq sahələri üçün habelə torpaqların kateqoriyaları göstərilir.
5.4. "Sahə" qrafasında ipoteka qoyulan daşınmaz əmlakın ümumi sahəsi göstərilir.
5.5. "İnventar nömrəsi" və "Liter" qrafalarında bina və tikililər üçün texniki uçot pasportlarından götürülmüş müvafiq eyniləşdirmə məlumatları göstərilir.
5.6. "Mərtəbələr" və "yeraltı mərtəbələr" qrafalarında bina və tikililər üçün mərtəbələrin və zirzəmi səviyyələrinin sayı göstərilir.
5.7. "Mərtəbə planında nömrə" qrafası bina və ya tikililərin mərtəbə planında olan nömrələrdən başqa digər nömrəyə malik olmayan yerlərin ipotekasının qeydiyyatı hallarında doldurulur.
5.8. "Pay" qrafası ipoteka qoyulan daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olduğu hallarda doddurulur. Ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka olan hər bir mülkiyyətçinin hüququ dövlət reyestrində ayrıca vərəqdə ayrıca yazı şəklində qeyd edilir.
5.9. "Hüquq sahibi" qrafası bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulan məlumatlarla doldurulur.
5.10. "İpoteka qoyan" və "ipoteka saxlayan" qrafasında ipoteka qoyan və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə borclu şəxs və ipoteka saxlayan barədə məlumatlar qeyd edilir.
5.11. "Müddət" qrafasına ipoteka müqaviləsinə uyğun olaraq ipotekanın yaranma tarixi və ipoteka ilə təmin edilmiş öhdəliyin icra müddəti daxil edilir. Öhdəliyin ödənilməsi hissə-hissə nəzərdə tutulduğu halda hər bir müvafiq ödənişin müddətləri bu qrafada ayrıca əks etdirilir.
5.12. "Məbləğ" qrafasında ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği və ya bu məbləğin müəyyənləşdirilməsi şərtləri və qaydası göstərilir.
5.13. "İpoteka şəhadətnaməsinin digər rekvizitləri" qrafasında ipoteka ilə təmin edilən öhdəlik haqqında müqavilənin və ipoteka müqaviləsinin notarius tərəfindən təsdiq edildiyi yer və tarix, ipoteka şəhadətnaməsinin ilkin ipoteka saxlayana təqdim edilmə tarixi və digər məlumatlar göstərilir.
VI. İpoteka şəhadətnaməsinin dövlət reyestrində qeydiyyatı
6.1. İpoteka şəhadətnaməsi ipoteka qoyan və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə borclu şəxs tərəfindən tərtib edilir.
6.2. İpoteka qoyan ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması üçün QKDK-ya verdiyi ərizə ilə yanaşı, həmçinin ipoteka şəhadətnaməsini də QKDK-ya təqdim edir.
6.3. İpoteka şəhadətnaməsi ilkin ipoteka saxlayana ipoteka müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra QKDK tərəfindən təqdim edilir.
İpotekanın dövlət qeydiyyatına və əlavə qeydiyyata alınması qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Girov haqqında" Azərbaycan Respublikasının Qanunu ilə və həmin qanunvericilik aktlarına uyğun olaraq QKDK tərəfindən müəyyən edilir.
6.4. İpoteka şəhadətnaməsinin dövlət reyestrində qeydiyyata alınması aşağıdakı hallarda həmin hallar aradan qaldırılanadək təxirə salınır:
6.4.1. İpoteka şəhadətnaməsi və ona əlavə edilən sənədlər bu Qaydaların 2.5-ci bəndinin tələblərinə uyğun gəlmədikdə (ipoteka şəhadətnaməsi və ona əlavə edilən sənədlər bu Qaydaların 2.5-ci bəndi ilə uyğunlaşdırılanadək);
6.4.2. İpoteka predmeti olan daşınmaz əmlaka dair hüquq barəsində məhkəmədə mübahisə olduqda (mübahisə üzrə məhkəmə tərəfindən qəbul edilən qərar qanuna müvafiq qaydada qanuni qüvvəyə minənədək).
6.5. İpoteka müqaviləsinin dövlət qeydiyyatından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və "Girov haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq imtina edilməsi ipoteka şəhadətnaməsinin də dövlət qeydiyyatından imtina edilməsi üçün əsasdır.
6.6. Bu Qaydaların 2.6-cı bəndinin 2.6.2-ci yarımbəndinə nəzərdə tutulmuş üsuldan istifadə etməklə ipoteka şəhadətnaməsinə dəyişikliklər edildikdə, ipoteka qoyan QKDK-ya dövlət reyestrinə dəyişikliklər edilməsi barədə ərizə ilə yanaşı, yeni tərtib edilmiş ipoteka şəhadətnaməsini də təqdim etməlidir. QKDK həmin ipoteka şəhadətnaməsini dövlət reyestrində qeydiyyata aldıqdan sonra onu ipoteka saxlayana verməlidir.
VII. İpoteka ilə təmin edilmiş
öhdəliyin icra edilməsinin
qeyd edilməsi
7.1. İpoteka ilə təmin edilmiş öhdəlik borclu tərəfindən icra edildikdə ipoteka saxlayan bu barədə ipoteka şəhadətnaməsində müvafiq qeyd aparır. Əgər öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulursa, hər bir hissənin icra edilməsi barədə ipoteka saxlayan ayrıca qeyd aparır.
Öhdəlik tamamilə icra edildikdən sonra ipoteka saxlayan bu barədə nəzərdə tutulmuş qaydada müvafiq qeyd aparmaqla ipoteka şəhadətnaməsini ipoteka qoyana qaytarır.
7.2. İpoteka qoyan dövlət reyestrində müvafiq qeyd aparılması üçün ipoteka şəhadətnaməsini QKDK-ya təqdim edir.
7.3. QKDK ipoteka şəhadətnaməsini alan kimi dərhal onun üz tərəfinə "ləğv edilib" ştampı vurmaqla, təkrar dövriyyəyə daxil olmasının qarşısını alır və dövlət reyestrinə bu barədə müvafiq qeyd edir.
VIII. İtirilmiş ipoteka
şəhadətnaməsi üzrə hüququn bərpa edilməsi
8.1. İtirilmiş ipoteka şəhadətnaməsi üzrə hüququn bərpası ipoteka qoyan və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə borclu şəxs tərəfindən aşağıdakı əsaslar olduqda həyata keçirilir:
8.1.1. Dövlət reyestrində ipoteka saxlayan qismində göstərilən şəxsin ərizəsi (əgər dövlət reyestrində itirilmiş ipoteka şəhadətnaməsi üzrə bütün məlumatlar qeyd edilmişdirsə və onun əsasında həmin ipoteka şəhadətmanəsi üzrə bütün ötürücü yazıların müəyyən edilməsi mümkündürsə);
8.1.2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin çıxardığı qanuni qüvvəyə minmiş müvafiq qərarı.
8.2. İpoteka qoyan və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə borclu şəxs ən qısa müddətdə itmiş ipoteka şəhadətnaməsinin əvəzinə üzərində "dublikat" sözünü qeyd etməklə, həmin ipoteka şəhadətnaməsinin dublikatını tərtib etməli və onu QKDK-ya verməlidir.
8.3. QKDK ipoteka şəhadətnaməsinin dublikatını ipoteka şəhadətnaməsini itirmiş ipoteka saxlayana təqdim edir.
IX. İpoteka şəhadətnaməsi üzrə hüququn ötürülməsi
9.1. İpoteka şəhadətnaməsi üzrə hüququn bəşqa şəxsə ötürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 993-cü maddəsinə müvafiq olaraq həyata keçirilir.
9.2. İpoteka şəhadətnaməsində onun başqa şəxsə ötürülməsini qadağan edən hər hansı qeyd-şərt əhəmiyyətsiz hesab edilir.
9.3. İpoteka şəhadətnaməsinin hər hansı sonrakı sahibi, özünün ipoteka qoyulmuş daşınmaz əmlaka olan hüqununu dövlət reyestrində ipoteka saxlayan qismində (fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşadığı yer, hüquqi şəxs olduqda isə adı və olduğu yer göstərilməklə) qeydiyyata aldırmalıdır.
9.4. İpoteka şəhadətnaməsinin sonrakı qanuni sahibi haqqında qeydiyyat yazısı QKDK tərəfindən ərizəçinin ona müraciət etdiyi gündən ən çoxu beş iş günü müddətində dövlət reyestrinə daxil edilməlidir.
X. İpoteka qoyulan daşınmaz
əmlaka olan mülkiyyət hüququnun xitam edilməsinə və keçməsinə
səbəb olmayan dəyişikliklərhaqqında yazılar10.1. Dəyişikliklər haqqında yazılar olan vərəq (əlavə 5) obyektin əhəmiyyətli dəyişikliklərinə, habelə ipoteka qoyulan daşınmaz əmlaka olan mülkiyyət hüququnun xitam edilməsi və keçməsinə səbəb ollmayan dəyişikliklər barədə yazıların dövlət reyestrinə daxil edilməsi üçün istifadə edilir. Bu məlumatlara aşağıdakılar aid edilir: fiziki şəxsin adı, soyadı, atasının adı, yaşayış yeri, hüquqi şəxsin adı və olduğu yerin dəyişməsi, obyektin sahəsinin dəqiqləşdirilməsi, obyektin yenidənqurma ilə dəyişdirilməsi və s.
10.2. "Dəyişikliklərin məzmunu" qrafasına baş verən dəyişikliklər haqqında məlumatlar daxil edilir. "Əsas hesab edilən sənədlər" qrafasında dəyişikliklərin daxil edilməsi üçün əsas olan sənədlərin rekvizitləri göstərilir.
10.3. Hüquqa xitam verilməsi və keçməsinə səbəb olmayan dəyişikliklər haqqında məlumatların daxil edilməsi üçün bu dəyişikliklərə aid edilən vərəqdə, "qeydiyyatçının xüsusi qeydləri" qrafasında qeydiyyat yazısında dəyişikliklərin edilməsi haqqında ştamp vurulur (əlavə 6). Ştampda dəyişikliklərin daxil edildiyi tarix və qeydiyyatçının adı və imzası göstərilir. Yeni dəyişikliklərin daxil edilməsi zamanı qeydiyyat yazısında dəyişikliklərin daxil edilməsi haqqında əlavə ştamp vurulur.
10.4. Dəyişikliklər haqqında yazılar olan vərəq bilavasitə bu dəyişikliklərin aid olduğu hüququn dövlət reyestrinin yazı vərəqindən sonra yerləşdirilir. Dəyişikliklər haqqında yazılar olan vərəqdə dəyişikliklər aparılan vərəqin müvafiq nömrəsinə analoji olaraq bölmənin nömrəsi qoyulur.
XI. İpoteka qoyulan daşınmaz
əmlaka olan mülkiyyət hüququna və həmin əmlaka dair yüklülüyə
xitam verilməsi haqqında yazılar11.1. İpoteka qoyulan daşınmaz əmlaka olan mülkiyyət hüququna və həmin əmlaka dair yüklülüyə xitam verildikdə dövlət reyestrinin hər 3 bölməsinin yazıları vərəqin üz tərəfində qeydiyyatın ləğv edilməsi ştampı ilə bağlanır (əlavə 7). Həmin ştampda mülkiyyət hüququna və yüklülüyə xitam verilməsinin qeydiyyat tarixi və qeydiyyatçının adı və imzası yazılır.
11.2. Mülkiyyət hüququna xitam verilməsi həmin hüququn yeni sahibə keçməsi ilə əlaqədar olduqda, qeydiyyatın ləğv edilməsi ştampında əlavə olaraq hüququn keçməsi haqqında yazılar aparılan bölmə və vərəqin nömrələri göstərilir. Əgər yüklülüyə tam xitam verilmirsə və o, digər şəxsin (şəxslərin) xeyrinə dəyişirsə, qeydiyyatın ləğv edilməsi ştampında yüklülük haqqında yeni yazı aparılan bölmə və vərəqin nömrəsi göstərilir.
11.3. Yeni sahibə keçmədən mülkiyyət hüququna və yüklülüyə xitam verilmə hallarında dövlət reyestrinin bölmələrinin vərəqlərinin arxa tərəfində "Əsas hesab edilən sənədlər" qrafasına mülkiyyət hüququ və yüklülüyə xitam verilməsinə səbəb olan sənədlər haqqında məlumatlar daxil edilir.
11.4. Dövlət reyestrı elektron daşıyıcıları ilə aparıldıqda, yeni sahibə keçmədən mülkiyyət hüququna və yüklülüyə xitam verilməsi haqqında yazılar, mülkiyyət hüququ və ya yüklülüyə xitam verilməsi haqqında yazı olan vərəqdən sonra yerləşdirilən ayrıca vərəqdə (əlavə 7) yerinə yetirilir. Həmin ayrıca vərəq xitam verilən mülkiyyət hüququ və yüklülük haqqında yazılar olan vərəqin nömrələndiyi nömrə ilə nömrələnir.
XII. Yekun müddəalar12.1. QKDK qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestrinin məlumatlarını onların daşınmaz əmlakın vahid dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edir.
12.2. QKDK qanunvericiliklə nəzərdə tutulmuş qaydada ipoteka ilə bağlı məlumat bazasının yaradılmasını, həmin məlumatların saxlanılmasını və aşkarlığını, hər hansı şəxsin onlarla tanış olmasını və onların surətlərini çıxarmasını təmin edir.
12.3. QKDK-nın dövlət reyestrinin tərtibi və aparılması ilə məşğul olan əməkdaşları öz vəzifələrinin lazımi qaydada icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
12.4. Bu Qaydalara riayət edilməsinə nəzarəti QKDK həyata keçirir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi,