AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
AZƏRBAYCAN RESPUBLIKASI SAHIBKARLIĞA KÖMƏK MILLI FONDUNUN VƏSAITININ ISTIFADƏSI MEXANIZMININ TƏKMILLƏŞDIRILMƏSI HAQQINDA
I. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 8, maddə 499) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. Qaydaların 1.3-cü bəndində “müvəkkil banklar” sözündən sonra “və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları)” sözləri əlavə edilsin. Qaydaların mətnində (3.2-ci bəndin üçüncü cümləsi istisna olmaqla) ismin müvafiq hallarında verilmiş “müvəkkil banklar” və “banklar” sözləri ismin müvafiq hallarında “müvəkkil kredit təşkilatları” sözləri ilə əvəz edilsin;
1.2. Qaydaların 1.4-cü bəndi aşağıdakı redaksiyada verilsin;
“Müvəkkil kredit təşkilatlarının seçilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yaratdığı Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Müsabiqə Komissiyasının tərkibinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin – 3 nəfər, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin – 2 nəfər və Azərbaycan Respublikasının Milli Bankının – 2 nəfər nümayəndəsi daxil edilir. Həmin Komissiyanın tərkibinə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən xarici maliyyə-kredit institutlarının və beynəlxalq təşkilatların 2 nəfər nümayəndəsi də daxil edilə bilər.”;
1.3. Qaydaların I bölməsinə aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin və 1.5-ci bənd müvafiq olaraq 1.6-cı bənd hesab edilsin:
“1.5. Müvəkkil kredit təşkilatları tərəfindən qaytarılan kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və yenidən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.”;
1.4. Qaydaların 3.2-ci bəndində:
1.4.1. birinci cümlədə “ən çoxu beş il müddətinə” sözləri “bu Qaydaların 6.1-ci bəndinə uyğun olaraq “ sözləri ilə, üçüncü cümlədə “30%-dən çox olmamalıdır” sözləri “100%-ə qədər təşkil edə bilər” sözləri ilə əvəz edilsin;
1.4.2. ikinci cümlədə “tam istifadə olunduqdan sonra” sözlərindən sonra “bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilsin;
1.5. Qaydaların 3.3-cü bəndində “6 (altı)” sözü “3 (üç)” sözü ilə əvəz edilsin;
1.6. Qaydaların 3.4-cü bəndində “7-ci” sözü “4-cü” sözü ilə əvəz edilsin;
1.7. Qaydaların 4.3-cü bəndinin üçüncü cümləsində “Müvəkkil bank göstərişi aldıqdan sonra” sözləri “Ayrılmış vəsait müvəkkil kredit təşkilatının hesabına köçürüldükdən sonra o,” sözləri ilə əvəz edilsin;
1.8. Qaydaların IV bölməsinə aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:
“4.4. Mikrokreditlərin verilməsi üçün bu məqsədi ilə seçilmiş müvəkkil kredit təşkilatına 200 milyon manat həcmində kredit xətti müəyyən edilir və onların hesabına köçürülür. Bu kredit xətti 3 (üç) ay müddətində istifadə edilməli və həmin vəsaitin istifadəsi barədə kredit təşkilatları tərəfindən hər ay Fonda hesabat təqdim edilməlidir. Ayrılmış vəsait tam istifadə edildikdən sonra bu məqsəd üçün növbəti mərhələ üzrə vəsait ayrılmasına dair Fonda müraciət edilə bilər.”;
1.9. Qaydaların V bölməsində:
1.9.1. birinci abzasın qarşısında “5.1.” rəqəmi əlavə edilsin.
1.9.2. aşağıdakı məzmunda 5.2-ci bənd əlavə edilsin:
“5.2. Fondun Müsabiqə Komissiyasının qərarı ilə ölkənin regionlarında sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iri layihələrin maliyyələşdirilməsinə 100000 ABŞ dolları ekvivalentindən çox vəsait ayrıla bilər.
Belə layihələrin maliyyələşdirilməsi üçün hər il Fonda ayrılan vəsaitin 10 faizi həcmində və hər bir layihə üçün 200000 ABŞ dolları ekvivalentini aşmamaq şərti ilə vəsait ayrılması nəzərdə tutula bilər.”;
1.10. Qaydaların 6.2-ci və 6.3-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
“6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:
- kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün – 0,5 faiz;
- bu Qaydaların II bölməsində müəyyən edilmiş istiqamətlər üzrə digər layihələrin maliyyələşdirilməsi üçün – 1 faiz.
6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi, bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 7 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 5 faizindən) artıq olmamalıdır.”;
1.11. Qaydaların VIII bölməsinin birinci cümləsində “kreditlər üzrə” sözlərindən sonra “faiz” sözü əlavə edilsin;
1.12. Qaydaların 9.1-ci bəndinin birinci abzasının ikinci cümləsində “Fond tərəfindən” sözlərindən sonra “müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində” sözləri əlavə edilsin;
II. Müəyyən edilsin ki, bu Fərmanla Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarına edilmiş əlavələr və dəyişikliklər, həmin Fərman imzalandığı tarixədək Fonddan verilmiş vəsaitlərə şamil edilmir.
III. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
IV. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “ 4 “ may 2004-cü il