AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUĞUNUN ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Hüquqi biliklərin təbliğində və hüquq mədəniyyətinin yüksəldilməsində, prokurorluq orqanlarının fəaliyyətinin işıqlandırılmasında fərqləndiklərinə görə, Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:
«Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adı:
Əfəndiyev Eldar Məmməd oğlu - Azərbaycan Respublikası Baş
Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
«Azərbaycan Respublikasının əməkdar jurnalisti» fəxri adı:
Qonaqova Əntiqə Gülməmməd qızı - Azərbaycan Respublikası Baş
Prokurorluğunun İctimaiyyətlə
əlaqələr şöbəsinin baş
mütəxəssisi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il.