RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN BİR QRUP ƏMƏKDAŞLARININ “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:
Əliyev Vüqar Cəlal oğlu
Fəti-zadə Zaur İntiqam oğlu
Musayev Akif Fərhad oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2007-ci il.