Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASINDA 2008-Cİ İL ÜÇÜN EHTİYAC MEYARININ HƏDDİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2008-ci il üçün ehtiyac meyarının həddi 45 manat məbləğində təsdiq edilsin.

II. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin