AZƏRBAYCAN RESPUBLİKASINDA 2008-Cİ İL ÜÇÜN YAŞAYIŞ MİNİMUMU HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əməkqabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat məbləğində təsdiq edilsin.
II. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2007-ci il.