Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı
TƏDBİRLƏR PLANI
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 12 mart tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
(Tədbirlərin 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulur)
|
№
|
Tədbirin adı
|
İcraçılar
|
|
Sənaye potensialının gücləndirilməsi
|
||
|
1.
|
Sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
2.
|
Azərbaycanda polad istehsalı kompleksinin qurulması məqsədi ilə məsləhətçi şirkətin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
3.
|
Müasir Neft-qaz emalı və neft-kimya kompleksinin yaradılmasına dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması
|
Azərbaycan Respublikasında müasir Neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması ilə bağlı Komissiya
|
|
4.
|
Alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi
|
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
|
|
5.
|
Müdafiə təyinatlı yeni növ məmulatın istehsalı üzrə müəssisələrin istifadəyə verilməsi
|
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
|
|
6.
|
Sənaye müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi
|
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
7.
|
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işlərinin davam etdirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti
|
|
8.
|
Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işlərinin davam etdirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC
|
|
9.
|
Gəncədə sənaye parkının yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti
|
|
10.
|
Mingəçevirdə sənaye parkının yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti
|
|
11.
|
Yerli istehsalın dəstəklənməsi ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
Təşkilati tədbirlər
|
||
|
12.
|
Rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasının təşviqi məqsədi ilə nümunəvi investisiya layihələrinin hazırlanması və sahibkarlara təqdim olunması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
13.
|
Yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun yaradılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
|
14.
|
Sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə sahə işçi qruplarının yaradılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
15.
|
Sənaye sahəsinə aid internet portalının və məlumat bazasının yaradılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
|
16.
|
Sənaye müəssisələri və məhsullarına dair elektron kataloqun yaradılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
17.
|
Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin gücləndirilməsi, sahələr üzrə yeni texniki komitələrin təşkili
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
18.
|
Sənayedə ölçmələrin vəhdətinin təmin olunması, istehsalatda ölçmələrin ötürülməsi effektivliyinin yüksəldilməsi məqsədi ilə etalon və səyyar laboratoriya imkanlarının genişləndirilməsi
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi
|
||
|
19.
|
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
|
20.
|
Tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsinin keçirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
|
21.
|
Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi
|
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
|
22.
|
Elmi tədqiqat işləri nəticələrinin təsdiqi və kommersiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
23.
|
Sənayedə keyfiyyətin idarə olunması sistemlərinin effektiv tətbiqi məqsədi ilə təlimlər keçirilməsi
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
24.
|
Sənayedə brendləşmə mövzusunda seminarların keçirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
25.
|
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
|
26.
|
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində sənaye və texniki sahələr üzrə tədris aparan elmi-pedaqoji və mühəndis-pedaqoji kadrların xaricdə ixtisasartırma kurslarında iştirakının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
27.
|
Yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə sənaye və texniki ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələri ilə fərqlənən tələbələrdən xüsusi istedadlar qruplarının formalaşdırılması
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
|
28.
|
Sənaye sahəsində ixtisaslı kadr potensialı barədə internet məlumat bazasının yaradılması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
|
Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi
|
||
|
29.
|
“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin aidiyyəti üzrə təqdim olunması
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
30.
|
Sənaye və texnologiyalar parklarında stimullaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
|
31.
|
Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinə dair təkliflərin aidiyyəti üzrə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
32.
|
Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
Təbliğat və təşviqat işləri
|
||
|
33.
|
Sənayedə investisiya imkanları barədə təşviqat xarakterli elektron resursların və çap materiallarının hazırlanması
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
34.
|
Sənayenin inkişafına həsr olunmuş elmi məqalə, kitabça və digər nəşrlərin çap edilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
35.
|
Sənaye obyektlərinə tələbə və şagirdlərin ekskursiyalarının təşkili
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
36.
|
“Sənaye ili” ilə əlaqədar görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması, KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərinin təşkili
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi; AZƏRTAC, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Azərbaycan Mətbuat Şurası cəlb olunmaqla
|
|
37.
|
Azərbaycanın sənaye məhsullarının ixracının təşviqi, yerli sənaye istehsalçılarının beynəlxalq sərgilərdə iştirakının dəstəklənməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
|
|
38.
|
Sənaye sahələrində maarifləndirmə işlərinin təşkilinə dair dəyirmi masa, seminar və elmi-praktik konfransların keçirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
|
39.
|
Alternativ və bərpa olunan enerji üzrə beynəlxalq konfransın keçirilməsi
|
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
|
|
40.
|
Sənayenin müxtəlif sahələrinə dair sərgilər keçirilməsinin dəstəklənməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
41.
|
Müdafiə sənayesi beynəlxalq sərgisinin keçirilməsi
|
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, aidiyyəti dövlət orqanları
|
|
42.
|
İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
|
43.
|
Sənaye və texnologiyalar üzrə jurnalistlər arasında yazı müsabiqəsinin keçirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
44.
|
Sənaye müəssisələri arasında müxtəlif nominasiyalar üzrə qaliblərin müəyyən edilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|
|
45.
|
Azərbaycanda sənayenin inkişafı mövzusunda beynəlxalq konfransın keçirilməsi
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
|