“AZƏRBAYCAN RESPUBLİKASINDA HİDROMETEOROLOGİYANIN İNKİŞAF PROQRAMI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ölkədə davamlı iqtisadi inkişafa nail olunmasında əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci bəndi ilə təsdiq olunan Proqramın icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.
3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, “28“ yanvar 2004-cü il.