Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASINDA “KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ”NÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alaraq və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirərək qərara alıram:

1. Hər il noyabr ayının 1-i Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin