Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ 2004-CÜ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirləri 7002000,0 milyon manat, xərcləri 7317000,0 milyon manat məbləğində təsdiq edilsin.

Maddə 2, Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

(milyon manat)

Gəlirlərin mənbələri, Dövlət büdcəsinin gəlirləri

Fiziki şəxslərin gəlir vergisi, 742000,0

Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), 950000,0

Əlavə dəyər vergisi, 2244000,0

o cümlədən:

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi, 764000,0

Aksizlər, 350000,0

o cümlədən:

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər, 50000,0

Hüquqi şəxslərin əmlak vergisi, 160000,0

Hüquqi şəxslərin torpaq vergisi, 70000,0

Tranzit yol vergisi, 6000,0

Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla), 489000,0

Sadələşdirilmiş vergi, 125000,0

Gömrük rüsumları, 300000,0

Dövlət rüsumu, 120000,0

Birdəfəlik rüsum, 7000,0

Vergi olmayan sair gəlirlər, 237000,0

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 12000,0

Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant, 50000,0

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, 17864,6

Səhmlərində dövlətin payı olan banklardan alınan dividendlər, 10072,0

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, 45000,0

Milli Bankın mənfəətindən daxilolmalar, 30000,0

Dövlət Neft Fondundan daxilolmalar, 650000,0

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar, 1833,6

Təkrar borc sazişləri üzrə daxilolmalar, 44729,8

Aksiz markalarının satışından daxilolmalar, 5500,0

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları, 335000,0

Maddə 3. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arastındakı fərqdən dövlət büdcəsinə 25 faiz həcmində ödəniş müəyyən edilir.

Maddə 4. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

Bakı şəhəri üzrə gəlirlər, 89,05%

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), 100%

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), 100%

Gömrük rüsumları (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), 100%

Tranzit yol vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), 100%

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 100%

Xaricdən alınan cari və əsaslı ödənişlər, 100%

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, 100%

Səhmlərində dövlətin payı olan banklardan alınan dividendlər, 100%

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, 100%

Milli Bankın mənfəətindən daxilolmalar, 100%

Dövlət Neft Fondundan daxilolmalar, 100%

Aksiz markalarının satışından daxilolmalar, 100%

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar, 100%

Təkrar borc sazişləri üzrə daxilolmalar, 100%

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları, 100%

Maddə 5. Naxçıvan Muxtar Respublikasının, digər şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

- mərkəzləşdirilmiş gəlirlərə aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından başqa Bakı şəhəri üzrə gəlirlərin 10,95 faizi;

- Naxçıvan Muxtar Respublikası, digər şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi.

Maddə 6. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatının bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Göstəricilər, Məbləğ (min manat)

1. Ümumi dövlət xidmətləri xərcləri, 677630571

o cümlədən:

- qanunvericilik və icra hakimiyyəti,yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri, 495217758

- beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri, 48139948

- elm xərcləri, 101473383

- başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri, 32799482

2. Müdafiə xərcləri, 732188722

3. Məhkəmə hakimiyyəti,hüquq-mühafizə,təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri, 794985943

o cümlədən:

- Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri, 34791017

- Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanılması xərcləri, 65500441

- Azərbaycan Respublikası hüquq-mühafizə,təhlükəsizlik orqanlarının saxlanılması xərcləri, 687313920

- məhkəmə hakimiyyəti,hüquq-mühafizə,təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər, 7380565

4. Təhsil xərcləri, 1500561538

5. Səhiyyə xərcləri, 350894350

6. Sosial müdafiə və sosial təminat xərcləri, 1185263036

o cümlədən:

- sosial müdafiə xərcləri 848000000

- sosial təminat xərcləri 337263036

7. Mədəniyyət,incəsənət,kütləvi informasiya,bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri, 189531617

o cümlədən:

- mədəniyyət və incəsənət sahəsində fəaliyyətin xərcləri, 168776899

- bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri, 20754718

8. Mənzil-kommunal təsərrüfatı xərcləri, 130023399

9. Kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq xərcləri, 307802994

o cümlədən:

- kənd təsərrüfatı xərcləri, 277380504

- meşə təsərrüfatı xərcləri, 14309766

- balıqçılıq sahəsinin xərcləri, 1254610

- digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri, 14858114

10. Sənaye və tikinti xərcləri, 478617724

o cümlədən:

- sənaye xərcləri, 23017774

- tikinti xərcləri, 455599950

ondan:

- dövlət investisiya xərcləri, 455000000

11. Nəqliyyat və rabitə xərcləri, 234662847

12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər, 143303754

o cümlədən:

- təchizat, ticarət, ictimai iaşə üzrə xərclər, 210354

- turizm xərcləri, 1530000

- çoxsahəli inkişaf layihələri üzrə xərclər, 141335300

- ümumi təsərrüfat və kommersiya fəaliyyəti üzrə xərclər, 228100

13. Əsas bölmələrə aid edilməyən xərclər, 451547449

o cümlədən,

- əsas bölmələrə aid edilməyən sair xərclər, 368547449

ondan:

- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri, 335000000

- ehtiyat fondlarının xərcləri, 73000000

- digər səviyyəli büdcələrə verilən vəsaitlər (yerli büdcələrə verilən dotasiya), 10000000

14. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər, 139986056

Maddə 7. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 8. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 54900,0 milyon manat, xərcləri 241137,1 milyon manat olmaqla, gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan dotasiya 186237,1 milyon manat məbləğində təsdiq edilsin.

Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 4428,4 milyon manat, xərcləri 4428,4 milyon manat müəyyən edilsin.

Maddə 9. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının yerli gəlirləri 672304,8 milyon manat, yerli xərcləri 1717616,1 milyon manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 1045311,3 milyon manat təsdiq edilsin.

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 22488,5 milyon manat, xərcləri 22488,5 milyon manat təsdiq edilsin.

(min manat)

N, Şəhər və rayonların adı, Gəlirlər, Xərclər, Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait

Şəhərlər:

1., Bakı, 487332815, 487332815,

2., Əli Bayramlı, 3735000, 13897526, 10162526

3., Yevlax, 3242000, 21136711, 17894711

4., Gəncə, 23027000, 67010529, 43983529

5., Lənkəran, 6200000, 32407434, 26207434

6., Mingəçevir, 6255000, 26678723, 20423723

7., Naftalan, 485000, 3486066, 3001066

8., Sumqayıt, 17934000, 68238908, 50304908

9., Xankəndi, , ,

10., Şəki, 5156000, 34346598, 29190598

rayonlar:

11., Abşeron, 6909000, 18045438, 11136438

12., Ağdam, 701000, 35933346, 35232346

13., Ağdaş, 2142000, 18475209, 16333209

14., Ağstafa, 1976000, 14638527, 12662527

15., Ağsu, 1431000, 13566099, 12135099

16., Ağcabədi, 3032000, 21966151, 18934151

17., Astara, 2458000, 17006806, 14548806

18., Balakən, 2084000, 15120836, 13036836

19., Beyləqan, 2361000, 15495802, 13134802

20., Bərdə, 4382000, 26790215, 22408215

21., Biləsuvar, 1915000, 15233915, 13318915

22., Qazax, 2351000, 18550769, 16199769

23., Qax, 1983000, 14131094, 12148094

24., Qəbələ, 2403000, 17055996, 14652996

25., Qobustan, 681000, 8035319, 7354319

26., Quba, 4049000, 23950052, 19901052

27., Qubadlı, 285000, 10737528, 10452528

28., Qusar, 2181000, 18030421, 15849421

29., Daşkəsən, 894000, 11448355, 10554355

30., Dəvəçi, 1678000, 10222260, 8544260

31., Zaqatala, 4212000, 21870523, 17658523

32., Zəngilan, 181000, 9306282, 9125282

33., Zərdab, 1356000, 10635704, 9279704

34., İmişli, 2755000, 19358610, 16603610

35., İsmayıllı, 2131000, 16069346, 13938346

36., Yardımlı, 706000, 12686404, 11980404

37., Kəlbəcər, 182000, 22860173, 22678173

38., Kürdəmir, 2288000, 15708693, 13420693

39., Gədəbəy, 1081000, 22983686, 21902686

40., Goranboy, 2651000, 21019930, 18368930,

41., Göyçay, 3021000, 20024940, 17003940

42., Laçın, 357000, 24033475, 23676475

43., Lerik, 873000, 15353164, 14480164

44., Masallı, 4354000, 26710492, 22356492,

45., Neftçala, 6815000, 14307892, 7492892

46., Oğuz, 1096000, 9998008, 8902008

47., Saatlı, 2281000, 17375672, 15094672

48., Sabirabad, 3296000, 25243738, 21947738

49., Salyan, 3809000, 20867443, 17058443

50., Samux, 918000, 10718661, 9800661

51., Siyəzən, 2649000, 7348853, 4699853

52., Tərtər, 1270000, 14621853, 13351853

53., Tovuz, 3251000, 30066034, 26815034

54., Ucar, 1977000, 14149503, 12172503

55., Füzuli, 1071000, 27597324, 26526324

56., Xanlar, 2427000, 12839409, 10412409

57., Xaçmaz, 4101000, 25401177, 21300177

58., Xocavənd, 95000, 6388530, 6293530

59., Xocalı, 46000, 3330024, 3284024

60., Xızı, 488000, 6050060, 5562060

61., Hacıqabul, 1662000, 10609529, 8947529

62., Cəbrayıl, 179000, 14426377, 14247377

63., Cəlilabad, 3253000, 31896153, 28643153

64., Şamaxı, 2227000, 17922719, 15695719

65., Şəmkir, 3682000, 31681182, 27999182

66., Şuşa, 301000, 7185072, 6884072

Cəmi: 672304815, 1717616083, 1045311268

Maddə 10. Yerli büdcələrə (bələdiyyə büdcələrinə) veriləcək dotasiyanın məbləği 10000,0 milyon manat təsdiq edilsin.

Maddə 11. Dövlət büdcəsindən veriləcək büdcə ssudasının həcmi 30000,0 milyon manat təsdiq edilsin.

Maddə 12. Azərbaycan Respublikasının 2004-cü ildə dövlət daxili və xarici borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər aşağıdakı kimi təsdiq edilsin.

(min manat)

Daxili dövlət borcu üzrə ödənişlər, 49112,1

o cümlədən:

faizlər üzrə ödənişlər, 38536,5

əsas borc üzrə ödənişlər, 10575,6

Xarici dövlət borcu üzrə ödənişlər, 90874,0

o cümlədən:

faizlər üzrə ödənişlər, 51836,7

əsas borc üzrə ödənişlər, 39037,3

Maddə 13. Nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün yaradılmış ehtiyat fondunun məbləği 73000,0 milyon manat təsdiq edilsin.

Maddə 14. 2004-cü ildə investisiya layihələri üçün dövlət zəmanəti ilə alınan xarici kreditlərin həcmi 644829,7 milyon manat təsdiq edilsin.

Maddə 15. Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi 200000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi 995000,0 milyon manat təsdiq edilsin.

Maddə 16. Əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri ilk növbədə, sonra isə gəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla digər xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlər maliyyələşdirilir.

Maddə 17. Büdcə daxilolmalarının vəziyyətindən asılı olmayaraq əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri müdafiə olunmuş xərc maddələridir.

Maddə 18. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 315000,0 milyon manat məbləğində təsdiq edilsin.

Maddə 19., Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan Azərbaycan Respublikasının 2004-cü il icmal büdcəsinin kəsiri 1204000,0 milyon manat məbləğində müəyyən edilsin.

Maddə 20. Azərbaycan Respublikasının 2004-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 10735849,1 milyon manat müəyyən edilsin.

Maddə 21. Büdcə ili ərzində büdcədən maliyyələşdirilən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmazsa, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər mərkəzləşdirilmiş xərclərdən Dövlət Sosial Müdafiə Fonduna yönəldilən transferin məbləği artırılmaqla köçürülür.

Maddə 22. Enerji, qaz və kimya sektorları üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara veriləcək dolayı subsidiyaların limiti müvafiq olaraq 1850020,0 milyon manat, 326700,0 milyon manat və 155250,0 milyon manat müəyyən olunmaqla icmal büdcənin həm gəlir, həm də xərc hissəsinə daxil edilib ayrıca sətirlə göstərilir.

Maddə 23. İxrac olunan neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulduğundan yüksək olduqda, yaranmış fərq üzrə büdcəyə daxil olmuş vəsait xəzinədarlığın hesabında ayrıca saxlanılır və həmin vəsaitdən yalnız neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulmuş səviyyədən aşağı olduqda istifadə olunur.

Maddə 24. Bu qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin