AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddə 203; 2001-ci il, N 1, maddə 26, N 3, maddə 149, N 6, maddə 375; 2002-ci il, N 5, maddələr 237, 241; 2003-cü il, N 1, maddə 14) 6-cı maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:
"6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar;";
6-9-cu bəndlər müvafiq olaraq 7-10-cu bəndlər hesab edilsin.
II. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 478; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 5, maddələr 237, 241; 2003-cü il, N 1, maddə 11, N 6, maddə 256, N 8, maddə 423) 110-cu maddəsinin onuncu abzasında "öhdəliklərin yerinə yetirilməməsi" sözlərindən sonra "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması" sözləri əlavə edilsin.
III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 13 yanvar 2004-cü il