Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N-1, maddə 1; 1995-ci il, N-17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N-7, maddə 444; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 569-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 9-cu maddənin birinci hissəsində, 14-cü maddənin ikinci hissəsində, 25-ci maddənin 6-cı bəndində, 26-cı maddənin ikinci hissəsinin ikinci cümləsində, 37-ci maddənin 4-cü və 5-ci bəndlərində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin" sözləri, 10-cu maddənin ikinci hissəsində, 11-ci maddənin birinci və ikinci hissələrində, 19-cu maddənin ikinci hissəsində, 21-ci maddənin birinci hissəsində, 22-ci maddənin birinci, ikinci və dördüncü hissələrində, 25-ci maddənin 5-ci bəndində, 26-cı maddənin ikinci hissəsinin birinci cümləsində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri, 11-ci maddənin üçüncü hissəsində, 13-cü maddənin beşinci hissəsində, 19-cu maddənin birinci hissəsində, 34-cü maddədə "Azərbaycan Respublikası Prezidentinin" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanı" və "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilsin.

2. 9-cu maddənin birinci hissəsində "sərhəd mühafizə dəstəsinin" sözləri "sərhəd qoşunlarının" sözləri ilə əvəz edilsin.

3. 11-ci maddədə:

a) birinci və ikinci hissələrdə "sərhəd mühafizə dəstəsinin" sözləri "sərhəd qoşunlarının" sözləri ilə əvəz edilsin;

b) üçüncü hissədə "nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin" sözləri "mərkəzi icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;

c) aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Şəxslərin, nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

4. 12-ci maddədə:

a) ikinci hissədə "vəzifəli şəxsləri" sözlərindən sonra "və nəqliyyat vasitələrinin sahibləri" sözləri, "başqa yerlərini" sözlərindən sonra "və yüklərini" sözləri əlavə edilsin;

b) ikinci hissədə "və gömrük xidməti" sözləri, "gömrük və ya digər aidiyyəti orqanların" sözləri ilə, üçüncü hissədə "və gömrük xidməti" sözləri "və ya digər aidiyyəti orqanlar" sözləri ilə əvəz edilsin;

c) aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:

"Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak, qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılırlar.

Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər".

5. 20-ci maddənin birinci hissəsinin 1-ci bəndində "pozaraq" sözü "pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə" sözləri ilə əvəz edilsin.

6. 26-cı maddənin üçüncü hissəsinin əvvəlinə "Müvafiq icra hakimiyyəti orqanı" sözləri əlavə edilsin.

7. 37-ci maddənin 1-ci bəndində:

a) birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Sərhəd qoşunları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir.";

b) "a" yarımbəndi çıxarılsın və "b"-"ğ" yarımbəndləri müvafiq olaraq "a"-"q" yarımbəndləri, dördüncü-səkkizinci abzaslar müvafiq olaraq üçüncü-yeddinci abzaslar hesab edilsin;

c) yeddinci abzasda "b", "v", "q", "ğ" yarımbəndlərində" sözləri "a", "b", "v", "q" yarımbəndlərində" sözləri ilə əvəz edilsin;

ç) aşağıdakı məzmunda səkkizinci-on birinci abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikasının dövlət sərhədini pozan şəxslərin silahlı basqınlarını dəf etmək və silahlı müqavimətini qırmaq, sərhədçilərin və ya əhalinin həyatı üçün real təhlükə yaradan qəfil hücum baş verərsə, habelə hücum zamanı silahdan, döyüş texnikasından, mexaniki nəqliyyat vasitələrindən istifadə olunarsa, həmin hücumu dəf etmək üçün sərhəd qoşunlarının hərbi qulluqçuları xəbərdarlıq etmədən silah və döyüş texnikasını tətbiq edə bilərlər.

İnsana qarşı silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

Sərhəd qoşunlarının hərbi qulluqçuları həyat və sağlamlıqları üçün təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvanların zərərsizləşdirilməsi üçün, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağrıldıqda silahdan istifadə edə bilərlər.

Silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verilməlidir".

8. Aşağıdakı məzmunda 37-1-ci maddə əlavə edilsin:

"Maddə 37-1. Sərhəd qoşunları tərəfindən xüsusi vasitələrdən istifadə edilməsi

Sərhəd qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən xüsusi vasitələrdən istifadə edə bilərlər. Sərhəd qoşunlarının istifadəsində olan xüsusi vasitələrin siyahısı və onlardan istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

II. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N-4, maddə 79; 1993-cü il, N-5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N-5, maddə 378; 1998-ci il, N-1, maddələr 15, 16; 1999-cu il, N-4, maddə 228, N-5, maddə 286; 2001-ci il, N-6, maddələr 362, 363; N-11, maddə 694; N-12, maddələr 731, 736; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD nömrəli Qanunu) 12-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 1-ci bəndin ikinci cümləsində "nazirliklərin, baş idarələrin" sözləri "mərkəzi icra hakimiyyəti orqanlarının sözləri ilə əvəz edilsin.

2. 7-ci bəndə "Silahlı Qüvvələrin" və "Silahlı Qüvvələri" sözlərindən sonra müvafiq olaraq "və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin" və "və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri" sözləri əlavə edilsin.

III. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli; 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N1, maddə 15; 1999-cu il, N 3, maddə 163; 2001-ci il, N3, maddələr 146, 147, N11, maddələr 683, 694, N12, maddə 745; 2002-ci il, N6, maddə 328, N8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin birinci hissəsində, 10-cu maddənin beşinci hissəsində, 11-ci maddənin səkkizinci hissəsində, 22-ci maddənin dördüncü hissəsinin ikinci cümləsində "Azərbaycan Respublikasının Prezidenti sözləri, 11-ci maddənin altıncı hissəsində, 17-ci maddənin 4-cü hissəsində, 22-ci maddənin 6-cı və 7-ci hissələrində 23-cü maddənin birinci hissəsinin "b" bəndində "Azərbaycan Respublikası Prezidentinin" sözləri, 22-ci maddənin dördüncü hissəsinin birinci cümləsində "Müdafiə Nazirliyi" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanı" və "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə, 11-ci maddənin səkkizinci hissəsində "Azərbaycan Respublikası müdafiə nazirinin, daxili işlər nazirinin və milli təhlükəsizlik nazirinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

2. 11-ci maddənin üçüncü hissəsində "nazirlər və komitə sədrləri" sözləri "mərkəzi icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.

3. 12-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Hərbi geyim forması, hərbi qulluqçuların fərqlənmə nişanı, onların geyilməsi və sancılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir."

4. 17-ci maddədə:

a) birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar."

b) ikinci hissə çıxarılsın.

5. 26-cı maddədə "nazirliklərin, dövlət komitələrinin, baş idarələrin" sözləri "əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

IV. "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 22, maddə 947; 1997-ci il, N5, maddə 419; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 3, maddə 143; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD nömrəli Qanunu) 3-cü maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin üçüncü və dördüncü abzaslarında, 17-ci maddəsinin üçüncü abzasında, 20-ci maddəsinin üçüncü abzasında "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin" sözləri, 13-cü maddəsinin ikinci abzasında "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sözləri, 24-cü maddəsinin ikinci hissəsində, 39-cu maddəsinin onuncu abzasında "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanının", "müvafiq icra hakimiyyəti orqanına" və "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, 25-ci maddəsinin dördüncü hissəsində "Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi" sözləri "müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə, 29-cu maddəsinin birinci hissəsində "Azərbaycan Respublikası müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin sözləri "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə, "bu nazirliklərin" sözləri "həmin orqanların" sözləri ilə əvəz edilsin.

V. "Dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə və beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlak növləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 23, maddə 1005) 9-cu və 11-ci bəndlərində "Müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

VI. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət himni haqqında Əsasnamə"yə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, N 11, maddə 328, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 6, maddə 380) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 6-cı bənddə "Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik naziri" sözləri "müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.

2. 6-cı və 10-cu bəndlərdə "daxili işlər" sözlərindən sonra, "sərhəd xidməti" sözləri əlavə edilsin.

3. 9-cu bəndində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanunu ilə təsdiq edilmiş "Sərhəddə fərqlənməyə görə medalı haqqında Əsasnamə"nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, N23-24, maddə 683; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N3, maddə 141; 2002-ci il, N5, maddə 252) 2-ci bəndində "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin.

VIII. "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N1, maddə 15) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 40-cı maddənin birinci hissəsində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri, 39-cu maddənin dördüncü hissəsində "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin" sözləri, 40-cı maddənin ikinci və üçüncü hissələrində "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyindən" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanı", "müvafiq icra hakimiyyəti orqanının" və "müvafiq icra hakimiyyəti orqanından" sözləri ilə, 28-ci maddənin birinci hissəsində "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin" sözləri, 36-cı maddənin birinci hissəsində "Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

2-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Sərhəd qoşunları haqqında qanunvericilik "Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir".

3. 4-cü maddənin birinci hissəsində:

a) 3-cü və 6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

"3) "Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf edir, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qoruyur, onların qarşısını alır;"

"6) qanunvericiliklə müəyyən olunmuş qaydada narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və ya döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, Azərbaycan Respublikasına gətirilməsi və ya "Azərbaycan Respublikasından aparılması qadağan edilən digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısını alır;"

b) 7-ci bənddə "sərhədboyu rejimə" sözlərindən sonra " (o cümlədən sərhəd sularında)" sözləri əlavə edilsin;

c) 8-cı bənd aşağıdakı redaksiyada verilsin:

"8) "Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir, qanunvericilikdə müəyyən edilmiş qaydada və hallarda cinayət işləri üzrə təhqiqat aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;".

4. 5-ci maddənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək;".

5. 6-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Sərhəd qoşunlarının hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir".

6. 8-ci maddədə "sərhədboyu rejimə" sözlərindən sonra "(o cümlədən sərhəd sularında)" sözləri əlavə edilsin və "habelə bu cür işlərə baxır və onlar üzrə çıxarılmış qərarları icra edir" sözləri çıxarılsın.

7. 11-ci maddənin ikinci hissəsində "Azərbaycan Respublikasının Milli Məclisi" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin.

8. 12-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Sərhəd qoşunlarının strukturu və say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

9. 13-cü, 15-ci, 17-ci, 18-ci maddələr çıxarılsın.

10. 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Sərhəd qoşunlarına" rəhbərliyi Sərhəd Qoşunlarının komandanı həyata keçirir. Sərhəd Qoşunlarının komandanının səlahiyyətləri qanunvericiliklə müəyyən edilir".

11. 16-cı maddənin adından və birinci hissəsindən "İdarəsinin" sözü və maddənin ikinci hissəsi çıxarılsın.

12. 19-cu maddənin mətnində, 25-ci maddənin adında və mətnində "əməliyyat" sözü "əməliyyat-axtarış" sözləri ilə əvəz edilsin.

13. 22-ci maddənin dördüncü hissəsində "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri "Sərhəd Qoşunlarının komandanı" sözləri ilə əvəz edilsin.

14. 23-cü maddənin birinci hissəsindən "hərbi dəniz hissəsinin" sözləri çıxarılsın.

15. 26-cı maddənin ikinci hissəsində "hüquqpozmalar barədə" sözləri "xətalar haqqında" sözləri ilə əvəz edilsin.

16. 27-ci maddənin ikinci hissəsindən "milli təhlükəsizlik orqanları", sözləri çıxarılsın.

17. 29-cu maddənin üçüncü hissəsində "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri sərhəd qoşunlarının komandanın təqdimatı əsasında" sözləri "Sərhəd Qoşunlarının komandanı" sözləri ilə əvəz edilsin.

18. 30-cu maddənin ikinci hissəsində "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri "Sərhəd Qoşunlarının komandanı" sözləri ilə əvəz edilsin.

19. 31-ci maddənin birinci hissəsindən "milli təhlükəsizlik orqanları ilə qarşılıqlı əlaqədə" sözləri çıxarılsın, "əməliyyat" sözü "əməliyyat-axtarış" sözləri ilə əvəz edilsin.

20. 40-cı maddənin birinci hissəsində "Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin" sözləri "Sərhəd Qoşunlarının komandanının" sözləri ilə əvəz edilsin.

IX. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N 16, maddə 213; 1995-ci il, N 9, maddə 177, N 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1 maddə 16, N 2, maddə 66; 1999-cu il, N 5, maddə 283, N 7, maddə 395; 2001-ci il, N 12, maddə 731) preambulasında "daxili işlər" sözlərindən sonra "sərhəd xidməti" sözləri əlavə edilsin.

X. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə" nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, N3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N6, maddə 493; 1998-ci il, N2, maddə 71; 2001-ci il, N11, maddə 674; 2002-ci il, N7, maddə 395) 8-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri, 3-cü, 12-ci, 13-cü və 21-ci bəndlərində, 23-cü bəndinin birinci abzasında, 24-27-ci bəndlərində "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi" sözləri, 14-cü bəndində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə sözləri, 17-ci bəndində, 23-cü bəndinin ikinci abzasında, 32-ci bəndinin "d" yarımbəndində "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözləri , 32-ci bəndinin "b" və "v" yarımbəndlərində "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin" sözləri, 32-ci bəndinin "q" yarımbəndində "Azərbaycan Respublikası Hərbi Komissarlığının" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanı", "müvafiq icra hakimiyyəti orqanına" və "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə, 29-cu bəndinin ikinci abzasında "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi " sözləri, 32-ci bəndinin "a" və "ğ" yarımbəndlərində "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin" və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri müvafiq olaraq "müvafiq icra hakimiyyəti orqanları" və "müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

XI. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N5, maddə 413; 1999-cu il, N5, maddə 284, N7, maddə 396, N10, maddə 570; 2001-ci il, N5, maddə 292, N6, maddə 379, N7, maddə 455; 2002-ci il, N1, maddə 4, N12, maddə 706; 2003-cü il, N6, maddə 278) 115-ci maddəsinin dördüncü hissəsinin altıncı abzasında "daxili işlər" sözlərindən sonra "sərhəd xidməti" sözləri əlavə edilsin.

XII. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N6, maddə 497; 1999-cu il, N5, maddə 285; 2001-ci il, N3, maddələr 141, 142, 143, 144, N11, maddələr 672, 687 693; 2002-ci il, N5, maddələr 240, 244, N6, maddə 328; 2003-cü il, N6, maddə 256) 44-cü maddəsinin birinci hissəsindən "milli təhlükəsizlik orqanlarının" sözləri çıxarılsın.

XIII. "Milli arxiv fondu haqqında" Azərabycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N7, maddə 404; 2002-ci il, N12, maddə 706; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD nömrəli Qanunu) 8-ci maddəsinin üçüncü hissəsində "milli təhlükəsizlik" sözlərindən sonra "sərhəd xidməti" sözləri əlavə edilsin.

XIV. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2001-ci il, N1, maddə 1, N3, maddə 131; 2002-ci il, N12, maddə 693; 2003-cü il, N1, maddə 16; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 569-IIQD nömrəli Qanunu) 2.3-cü maddəsində "milli təhlükəsizlik" sözlərindən sonra "sərhəd xidməti" sözləri əlavə edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin