AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 125; 2005-ci il, № 4, maddə 285, № 10, maddə 876) 4.2-ci maddəsində “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası” sözləri ilə əvəz edilsin.
II. “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 470) aşağıdakı dəyişikliklər edilsin:
1. Qanunun adında və 1-ci maddəsində “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası” sözləri ilə əvəz edilsin;
2. həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adında və 1-ci maddəsində “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 690; 2006-cı il, № 4, maddə 316) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsində “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına” sözləri ilə əvəz edilsin.
IV. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927; № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli və 31 may tarixli 356-IIIQD nömrəli Qanunları) 8.1.4-cü maddəsində “Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının” sözləri ilə əvəz edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il.