AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD, 320-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) 259-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 259. Qanunsuz ağac kəsmə
259.1. Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda -
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
259.2. Eyni əməllər:
259.2.1. təkrar törədildikdə;
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə-
şərti maliyyə vahidi məbləğinin iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək olan məbləğ, 259.2.4-cü maddəsində “külli miqdar” dedikdə isə şərti maliyyə vahidi məbləğinin min mislindən artıq olan məbləğ başa düşülür.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il.