Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2004-CÜ İL BÜDCƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi nin gəlirləri 1 970 742,0 milyon manat, xərcləri 1 970 742,0 milyon manat məbləğində təsdiq edilir.

Maddə 2. 2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.

(milyon manat)

Gəlirlərin mənbələri

Məbləğ

1. Məcburi dövlət sosial sığorta haqları 1285742,0

o cümlədən:

1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 437863,0

1.2. digər sığortaedənlər üzrə 847879,0

2. Dövlət büdcəsindən ayırmalar (transfert) 685000,0

o cümlədən:

2.1. sosial pensiyaçıların və onlara bərabər tutulanların pensiyalarının ödənilməsinə 76283,0

2.2. müavinətlərə 501717,0

2.3. kommunal nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinə 107000,0

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il öüdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin məbləğləri

Məbləğ

1. Əhaliyə ödənişlər, cəmi 1863100,0

o cümlədən:

1.1. Pensiyaların ödnilməsi 1078500,0

1.2. Sosial pnesiyaçıların və onlara bərabər tutulanların pensiyalarının ödənilməsi 76283,0

1.3. Müavinətlərin ödənilməsi xərcləri, cəmi 708317.0

o cümlədən

1.3.1. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər 99600,0

ondan:

əmək şabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 42080,0

hamiləliyə və doğuşa görə müavinət 18540,0

uşağın anadan olmasına görə birdəfəlik müavinət 8790,0

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət 6580,0

dəfn üçün müavinət 23610,0

1.3.2. Dövlət büdcəsi vəsaiti hesabına aztəminatlı əhaliyəödənilən müavinətlər 501717,0

ondan:

işləməyən pensiyaçılara müavinət 156760,0

Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə müavinət, cəmi 5304,0

o cümlədən:

I qrup (70000) manat 504,0

II qrup (60000) manat 3600,0

III qrup (50000) manat 1200,0

1941-1945-ci illər Böyük Vətən smüharibəsi iştirakçılarına, həlak olan döyüşçülərin dul arvadlarına müavinət 4570,0

Müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və madellarla təltif edilmiş vətəndaşlara müavinət 2100,0

70 yaşından yuxarı tənha ahıl vətəndaşlara aylıq əlavə müavinət 4008,0

hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərə aylıq müavinət, cəmi 660,0

o cümlədən:

I qrup (30000) manat 108,0

II qrup (20000) manat 480,0

III qrup (10000) manat 72,0

pensiya və müavinətlərin ümumi məbləği 100 min manatdan az olan işləməyən pensiyaçılara əlavələr 322615,0

dövlət büdcəsi vəsiati hesabına ödənilən pensiya və müavinətlərin əahilyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xərclər 5700,0

1.3.3. Kommunal, nəqliyyat və xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlər, cəmi 107000,0

ondan:

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşununun müdafiəsi zamanı əlil olanlara Böyük Vətən müharibəsi əlillərinə, müharibə əillərinə bərabər tutulanlara 19656,0

Böyük Vətən müharibəsi iştirakçılarına 7140,0

həlak olmuş döyüşçülərin dul arvadlarına 2088,0

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeni ilə təltif edilmiş şəxslərə 60,0

Böyük Vətən müharibəsindən sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 8388,0

1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə müavinət, İkinci Dünya mübaribəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsvusi birləşmələrin işçilərinə müavinət, İkinci Dünya mübaribəsi dövründə Leninqrad şəhərinin müdafiəsi zamanı şəhərin müəssisələrində idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad müharibəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 5670,0

şəhid ailəsi üzvlərinin hər birinə 8712,0

Çernobıl qəzası əlillərinə, sosial pensiyaçılara, I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla) 52252,0

validenynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 324,0

Çernobul qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin nəzadan zərər çəkmiş vətəndaşdaşlara müalicə üçün ildə bir dəfə yardım 2350,0

1990-ci il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə ajlıq müavinət 360,0

2. Sığortaolunanların sanatoriya-kurort müaliəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə müəyyənləşdirilən xərclər, cəmi 22222,0

o cümlədən:

2.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışldarın alınmasına 18373,3

2.2. sığortaolunanların uşaqlarına sağlamlıq düşərgələrinə istirahətinin təşkilinə 329,5

2.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına 239,2

2.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əmək haqqının ödənilməsi) 2357,2

2.5. Həmkarlar ittifaqlarının əməyin mühafizəsi və hüquq mütəxəssislərinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçılparın saxlanılmasına 922,8

3. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 19656,0

o cümlədən:

3.1. məcburi dövlət sosial sığortası vəsaiti hesabına ödənilən pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xərclər 7656,0

3.2. əhaliyə pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin ödənişinin kart sisteminə keçidin tətbiqi ilə bağlı xərclər 12000,0

4. Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri, cəmi 15396,8

o cümlədən:

4.1. işsizlik müavinətinin ödənilməsi 8000,0

4.2. peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili 1500,0

4.3. haqqı ödənilən ictimai işlərin təşkili 500,0

4.4 işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi xərcləri 1000,0

4.5. məşğulluq orqanlarının saxlanılması xərcləri 4396,8

5. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması 24944,0

o cümlədən:

5.1. əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası

5.2. əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili 4297,0

5.3. əlillərə maddi və texniki yardımın təşkili 1550,0

5.4. əlillər üçün mənzil tikintisi 12097,0

5.5. əlilləri sosial müdafiəsi orqanlarının saxlanılması 2320,0

6. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclər 5000,0

7. Ölkədə pensiya islahatının həyata keçirilməsi ilə bağlı informasiya-izahat işlərinin aparılması, sığorta və pensiya təminatı üzrə qanunvericiliyin təkmilləşdirilməsi xərcləri 103,2

8. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 20320,0

Maddə 4.əSığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə birlikdə həyata keçirilir.

Maddə 5. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlilləri Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 6. Müəyyən edilsin ki, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna 2003-cü ilin yanvarın 1-i vəziyyətinə yaranmış vaxtı keçmiş borclarının (o cümlədən tətbiq olunmuş maliyyə sanksiyaları və hesablanmış penya üzrə borclarının) restrukturizasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən fondla tərtib olunmuş qrafiklərə uyğun olaraq 3 ildən çox olmayan müddət ərzində, yəni 2004-cü ildə əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 1 yanvar 2004-cü il tarixə tətbiq olunmuş maliyyə sanksiyalarının və hesablanmış penya məbləğlərinin 100 faizinin, 2005-ci ildə əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 1 yanvar 2005-ci il tarixə olan maliyyə sanksiyalarının və penya məbləğlərinin 75 faizinin, 2006-cı ildə isə əsas borc məbləğinin tam ödənilməsi şərti ilə 1 yanvar 2006-cı il tarixi olan maliyyə sanksiyaları və penya məbləğlərinin 50 faizinin silinməsini nəzərdə tutmaqla həyata keçirilir.

Maddə 7. 2004-cü ildə dövlət büdcəsindən ayırmalar (transfer) hesabına maliyyələşdirilən müavinətlər üzrə nəzərdə tutulduğundan artıq fərq yaranarsa müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə dövlət büdcəsinin "sosial müdafiə və sosial təminat xərcləri" xərc bölməsinin "sosial müdafiə xərcləri" köməkçi bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində dəyişikliklər edilə bilər.

Maddə 8. Müəyyən edilsin ki, hüquqi şəxs olan sığortaedən ləğv olunduqda, onun məcburi dövlət sosial sığorta haqları üzrə borclarının alınmasında Dövlət Sosial Müdafiə Fonduna dövlət qiymətli kağızları, habelə kretdit və digər təşkilatların veksellərindən istifadə etməyə icazə verilir.

Maddə 9. Dövlət Sosial Müdafiə Fondunun hesabında və onun yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait və pensiya, müavinət, əmək haqqı və onların çatdırılması ilə bağlı məsrəflərin bu qanunla təsdiq olunmuş məbləğlərin icra olunmamış hissəsi növbəti ilin müvafiq gəlir və xərclərinə aid edilir.

Maddə 10. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsinin icrası zamanı iqtisadi təsnifata uyğun olaraq məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən pensiya və müavinətlər, habelə digər xərc maddələri üzrə qənaət yarandığı halda, həmçinin bu haqlar fondun büdcəsində nəzərdə tutulandan artıq yığıldıqda, həmin vəsaitlər yalnız məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməli olan digər maddələrə yönəldilə bilər.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsinin icrası zamanı iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsindən ayırmalar (transfer) hesabına ödənilən pensiya və müavinətlər, habelə digər xərc maddələri üzrə qənaət yarandığı halda, bu vəsait yalnız dövlət büdcəsindən ayırmalar (transfer) hesabına ödənilməli olan digər maddələrə yönəldilə bilər.

Maddə 11. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri əhaliyə ödənilən pensiya və müavinət məbləğinin 0,85 faizindən yuxarı olmamaqla müəyyən edilir.

Maddə 12. Bu qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin