Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLIKASININ İNZIBATI XƏTALAR MƏCƏLLƏSINDƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli, 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD nömrəli və 19 oktyabr tarixli 455-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 25.4-cü maddədə “qırx mislindən” sözləri “min mislindən” sözləri ilə, “doxsan mislindən” sözləri “beş min mislindən” sözləri ilə, “üç yüz mislindən” sözləri “əlli min mislindən” sözləri ilə əvəz edilsin;

2. 70-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min altı yüz mislindən dörd min səkkiz yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min altı yüz mislindən yeddi min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

3. 71-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

4. 73-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən beş yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min iki yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən yeddi min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

5. 76.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min yeddi yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on iki min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

6. 76.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min yeddi yüz əlli mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

7. 76-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən dörd min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

8. 77.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz iyirmi beş mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min altı yüz mislindən dörd min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on beş min mislindən on səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

9. 77.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz yetmiş beş mislindən beş yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən üç min altı yüz mislinədək miqdarda cərimə edilir.”;

10. 78.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min iki yüz əlli mislindən iki min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

11. 78.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min yeddi yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

12. 79.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

13. 79.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən qırx min mislinədək miqdarda cərimə edilir.”;

14. 80.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on iki min beş yüz mislindən on beş min mislinədək miqdarda cərimə edilir.”;

15. 80.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

16. 81-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min iki yüz əlli mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin səkkiz min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

17. 82-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

18. 83-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

19. 83-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min misli miqdarında cərimə edilir.”;

20. 84-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

21. 84-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək miqdarda cərimə edilir.”;

22. 85-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min iki yüz mislindən iki min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min səkkiz yüz mislindən altı min mislinədək miqdarda cərimə edilir.”;

23. 86.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

24. 86.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

25. 90.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min altı yüz mislindən iki min dörd yüz mislinədək miqdarda cərimə edilir.”;

26. 91-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən doqquz yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min yeddi yüz mislindən üç min altı yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min dörd yüz mislindən yeddi min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

27. 92.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min iki yüz mislindən dörd min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

28. 92.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz iyirmi beş mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min doqquz yüz mislindən dörd min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

29. 93-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən iki min yeddi yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

30. 94-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min səkkiz yüz mislindən doqquz min mislinədək miqdarda cərimə edilir.”;

31. 95-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min altı yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min altı yüz mislindən yeddi min səkkiz yüz mislinədək miqdarda cərimə edilir.”;

32. 96-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min səkkiz yüz mislindən iki min dörd yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min iki yüz mislindən altı min dörd yüz mislinədək miqdarda cərimə edilir.”;

33. 97-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min iki yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doqquz min mislindən on iki min mislinədək miqdarda cərimə edilir.”;

34. 98-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min altı yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min iki yüz mislinədək miqdarda cərimə edilir.”;

35. 99-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min dörd yüz mislindən altı min altı yüz mislinədək miqdarda cərimə edilir.”;

36. 100-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən beş yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

37. 102-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min yeddi yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

38. 104.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən üç min yeddi yüz əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin səkkiz min beş yüz mislindən on min mislinədək miqdarda cərimə edilir.”;

39. 104.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on beş min mislinədək miqdarda cərimə edilir.”;

40. 107-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min iki yüz mislindən on iki min mislinədək miqdarda cərimə edilir.”;

41. 108-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz iyirmi mislindən altı yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min səkkiz yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

42. 110-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min beş yüz mislindən səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

43. 111.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min yeddi yüz əlli mislinədək miqdarda cərimə edilir.”;

44. 111.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.”;

45. 112-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min beş yüz mislindən yeddi min mislinədək miqdarda cərimə edilir.”;

46. 113-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən yeddi yüz əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək miqdarda cərimə edilir.”;

47. 319-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən doqquz yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min səkkiz yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on beş min mislindən on səkkiz min mislinədək miqdarda cərimə edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin