AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, (I kitab), maddə 584; 2001-ci il, №1, maddə24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, (I kitab), maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, 407, 425, №12, (I kitab) maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6,7,10,13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973, 2005-ci il, №1, maddələr 5,6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3,4, №2, maddələr 65, 68, №5, maddələr 397, 401, 440, 450; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli, 236-IIIQD nömrəli, 27 fevral tarixli, 251-IIIQD nömrəli, 6 mart tarixli, 260-IIIQD nömrəli, 1 may 2007-ci il tarixli, 322-IIIQD nömrəli, 31 may 2007-ci il tarixli, 357-IIIQD nömrəli, 17 aprel 2007-ci il tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 257-4-cü maddə əlavə edilsin:
“Maddə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-
fiziki şəxslər şərti maliyyə vahidinin otuz misli miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli misli miqdarında cərimə edilir.”
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2007-ci il