RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ İTALİYA RESPUBLİKASINDA (ROMA ŞƏHƏRİNDƏ) SƏFİRLİYİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İtaliya Respublikasında (Roma şəhərində) səfirliyi təsis edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2003-cü il