Azərbaycan Respublikasının kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Kənd Təsərrüfatı İşçisi”
İbrahimov Həsən Novruzəli oğlu
Səmədov Abdurrəhman Qubad oğlu
“Əməkdar Müəllim”
Əliyev Şikar Abbas oğlu
Həsənova Solmaz Xəlil qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2011-ci il.