Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin yeni tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.     “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 
                                       Redaksiya heyətinin sədri
 
Artur Rasi-zadə
—
Azərbaycan Respublikasının Baş naziri.
 
 
                                Redaksiya heyəti sədrinin müavini
Akif Əli Zadə
—
AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
 
                                                      Məsul katib
Qərib Məmmədov
—
AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
 
                                  Redaksiya heyətinin üzvləri:
Elmar Məmmədyarov
—
xarici işlər naziri
Şahin Mustafayev
—
iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev
—
energetika naziri
Ziya Məmmədov
—
nəqliyyat naziri
Heydər Əsədov
—
kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov
—
ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev
—
mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov
—
təhsil naziri
Oqtay Şirəliyev
—
səhiyyə naziri
Əli Abbasov
—
rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov
—
gənclər və idman naziri
Arif Vəliyev
—
Dövlət Statistika Komitəsinin sədri
 
 
 
Xoşbəxt Yusifzadə
—
AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti
Kamal Abdullayev
—
AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov
—
AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
 
 
 
Abel Məhərrəmov
—
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət
Universitetinin rektoru
Ziyad Səmədzadə
—
AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov
—
AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix
İnstitutunun direktoru, Bakı Dövlət
Universitetinin kafedra müdiri
Məhərrəm Babayev
—
AMEA-nın müxbir üzvü, AMEA-nın
Torpaqşünaslıq  və Aqrokimya İnstitutunun direktoru.
2.     “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 10 dekabr 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin