Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının müasir enerji siyasətinin uğurları

Bakı, 11 iyun (AZƏRTAC). Müasir dövrdə beynəlxalq aləmdə ən aktual məsələlərdən biri enerji daşıyıcıları uğrunda dünya ölkələrinin rəqabətidir. Bu rəqabətdə üstünlük qazanmaq təbii ki, dünyada müəyyən dərəcədə söz sahibi olmağa, həmçinin dövlətlərin öz iqtisadi, siyasi, eləcə də hərbi gücünün artırılmasına təsir göstərir. Çünki getdikcə tükənən enerji ehtiyatları alternativ metodlar kəşf olunmayana qədər dövlətləri özündən asılı vəziyyətə salır. AZƏRTAC “Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü Ləman Xəlilovanın mövzu ilə bağlı araşdırmalarını təqdim edir.

X X X

ABŞ-ın Enerji İnformasiya İdarəsinin 2013-cü ildəki məlumatına görə Azərbaycanın Xəzər dənizində 1,5 trilyon kubmetr qaz, 6,8 milyard barrel neft ehtiyatları vardır. Milli səviyyədə çox zəngin sərvət hesab oluna bilən bu rəqəmlər təbii ki, qlobal anlamda da böyük mahiyyət kəsb edir. Bu gün regionun ən güclü dövləti olan Azərbaycan öz enerji tələbatını tam olaraq daxili imkanlar hesabına ödəyir. Məhz buna görə də Azərbaycanın dünya enerji məkanındakı yeri getdikcə artır. Dünyanın bir sıra nüfuzlu dövlətləri, xüsusən Avropa İttifaqı ölkələri Azərbaycanın enerji siyasətindən bəhrələnməyə can atırlar. Cənubi Qafqazın karbohidrogen ehtiyatları ilə zəngin dövləti olan Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdikdən bir qədər sonra - 1994-cü ildən bu günə qədər bu ehtiyatlardan səmərəli istifadə etməklə regional və beynəlxalq səviyyədə dünya dövlətləri ilə enerji sahəsində əməkdaşlığa maraq göstərir.

Təbii ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra qarşıya qoyduğu prioritetlərdən biri düzgün enerji strategiyasının qurulması, dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı faydalı münasibətlərin yaradılması və dünya enerji məkanında yüksək yerlərdən birini tutmaq idi. Bunu aşağıdakı amillər şərtləndirirdi:

Birincisi, müstəqilliyin ilk illərində Azərbaycan ciddi böhran keçirirdi və həmin vaxt enerji ehtiyatlarının işlənilməsi üçün müasir texnologiyaların tətbiqinə ehtiyac duyulurdu. O zaman xarici dövlətlərlə neft-qaz layihələrinin işlənilməsi bu problemlərin qismən həlli demək idi.

İkincisi, Azərbaycan o dövrdə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və torpaqları işğal olunmuşdu. Buna görə də xarici dövlətlərin Azərbaycan ilə enerji və iqtisadi münasibətlərə cəlb olunması, enerji müqavilələrinin bağlanması onun suverenliyinə dəstək idi.

Üçüncüsü, bu günədək davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə bu yolla beynəlxalq tərəfdaşlar qazanmışdır. Eyni zamanda, hazırda davam edən əsas problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində də Azərbaycan xarici ölkələri neft-qaz layihələrinin işlənilməsinə cəlb edərək həmin dövlətlərin dəstəyini qazanmaq şansı əldə etmişdir.

Nəhayət dördüncüsü, dünyanın aparıcı dövlətləri ilə enerji siyasətinin qurulması həmin dövlətlər tərəfindən Azərbaycanın beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə inteqrasiyasına yardım göstərmələrinə şərait yaratma imkanı vermişdir.

Məhz bu amillərdən irəli gələrək Azərbaycan Respublikasının həyata keçirdiyi enerji strategiyası öz müsbət nəticəsini göstərdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin inkişafında yeni dövrün əsasını qoydu. Müqavilənin imzalanmasından və layihələrin işlənməsindən (Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri) keçən müddət ərzində Azərbaycan qarşıya qoyulan bir sıra məqsədlərə nail oldu:

Respublikamız beynəlxalq aləmdə nüfuzunu xeyli dərəcədə yüksəltdi.

Bu müqaviləni imzalamaqla Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya imkanı əldə etdi.

Əldə olunan gəlir xalqın rifahının yaxşılaşdırılmasında mühüm rol oynadı.

Neftdən gələn gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməklə qeyri-neft sektorunun inkişafına zəmin yaratdı.

Azərbaycanda sülhün və təhlükəsizliyin təmin olunmasına xarici dövlətlər tərəfindən dəstək artdı.

Ölkənin geosiyasi mövqeyi daha da möhkəmləndi.

Dünya dövlətlərinin Azərbaycana marağı daha da gücləndi.

Beləliklə, “Əsrin müqavilə”si Azərbaycanın hərtərəfli inkişafına təkan verdi. Əldə olunan bu nailiyyətlər və “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi xüsusən Avropa ölkələri tərəfindən Azərbaycan ilə əməkdaşlığa marağı artırdı və müasir dövrdə reallaşan yeni neft və qaz müqavilələrinin imzalanması və layihələrin icrası üçün mühüm təməl rolunu oynadı. Bunun da əsas təzahürü 2006-cı ilin noyabrında Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması oldu.

Hazırda Avropada enerji daşıyıcılarına tələbat gündən-günə artır. Avropa ölkələri bu tələbatı ödəmək üçün Azərbaycan ilə bu sahədə əməkdaşlığa can atır. Məhz buna görə də uzun illər Azərbaycan qazının Avropaya nəqli istiqamətində davam edən müzakirələr ən etibarlı yol olan Trans-Anadolu qaz kəməri (TANAP) marşrutunun seçilməsi ilə nəticələnmişdir. 2011-ci il oktyabrın 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdır. 2012-ci il iyunun 26-da isə İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş imzalanmış və 2012-ci il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər iki müqavilə ratifikasiya olunmuşdur. TANAP layihəsinin inşasında məqsəd Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından hasil olunan təbii qazın Avropa bazarlarına nəqlinin təmin edilməsidir. Sevindirici haldır ki, bu layihə Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcəkdir.

Dövlət Neft Fondunun məlumatına görə təbii qazın Türkiyəyə və Türkiyə ərazisindən tranzit keçidi Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərində yerləşən çıxış nöqtələrinə və ya tərəflərin gələcəkdə razılaşdıra biləcəyi digər çıxış nöqtələrinə nəql olunması planlaşdırılır. Qeyd edək ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan TANAP layihəsinin beş il ərzində reallaşması nəzərdə tutulmuşdur. Layihə 4 mərhələdə həyata keçiriləcəkdir və ilk fazanın 2017-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Layihə 7 milyard ABŞ dollarına başa gələcəkdir. Bu boru kəmərinin uzunluğu təqribən 2 min kilometr olacaqdır. Memoranduma uyğun olaraq layihədə Türkiyə 20 faiz, Azərbaycan isə 80 faiz paya sahibdir.

TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar (“NABUCCO", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənubi-Şərqi Avropa boru kəməri) təklif olunsa da, nəticədə 2013-cü ildə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəməri layihəsini (Trans-Adriatik Pipeline (TAP)) seçmişdir.

Bu layihə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Məlumata görə, Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, TAP layihəsinin əsas rəqibi “Nabucco west” hesab olunurdu. Lakin bu iki layihə içərisindən məhz TAP-ın seçilməsinin bir sıra siyasi və iqtisadi səbəbləri var idi:

Birincisi, TAP-ın uzunluğu 870 kilometr olduğu halda (Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya) Bolqarıstan, Rumıniya, Macarıstandan keçərək Avstriyaya çatmalı olan “Nabucco west”in uzunluğu 1300 kilometrdən çoxdur.

İkincisi, TAP-ın reallaşması üçün ilkin olaraq 2,2 milyard dollar vəsait tələb olunduğu halda, “Nabucco west”ə 7,9 milyard dollar vəsait sərf edilməlidir. Göründüyü kimi həm məsafə, həm vaxt, həm də vəsait baxımından “TAP” daha sərfəlidir.

Bundan başqa, Azərbaycan qazının İtaliyadan Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması da nəzərdə tutulmuşdur. Həmçinin Brüsseldə Adriatika-İonika Şurasının XV toplantısının yekununda Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd etmişlər. Bu isə layihənin qlobal əhəmiyyətinin artması deməkdir.

Məlum olduğu kimi, 2013-cü ilin dekabrın 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi, həmçinin Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Dövlətimizin başçısı bu müqaviləni “XXI əsrin müqaviləsi” adlandırmışdır.

Ümumiyyətlə, bütün bu layihələrin icrası Azərbaycan Respublikası üçün yalnız iqtisadi deyil, həmçinin sosial, siyasi, təhlükəsizlik, hərbi, hətta demək olar ki, bütün sahələrdə xüsusi əhəmiyyətə malikdir. Qısa olaraq bunları aşağıdakı kimi şərh edə bilərik:

Mütəxəssislərin fikrincə, Azərbaycanın Avropaya qaz ixracından təxminən 200 milyard dollar gəlir əldə ediləcəkdir. Bu gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi nəticəsində ilk növbədə ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək mümkün olacaqdır.

Həmçinin ölkədə əhalinin rifah halının yaxşılaşacaq, işsizlik, yoxsulluq daha da azalacaq, müasir texnologiyaların axını artacaq, yeni iş yerləri açılacaq, regionların inkişafı sürətlənəcəkdir.

Bu layihələr Azərbaycanın beynəlxalq iqtisadi və siyasi nüfuzunun sürətlə artmasına təsir göstərəcəkdir.

Daha bir mühüm amil ondan ibarətdir ki, Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaqdır.

Layihənin icrası Qafqazda strateji baxımdan ən əlverişli mövqedə yerləşən və buna görə böyük dövlətlərin diqqət mərkəzində olan Azərbaycanın milli təhlükəsizliyinin, eləcə də onun bir hissəsi olan enerji təhlükəsizliyinin təmin olunmasında Avropa dövlətlərinin tərəfdaşlığını stimullaşdıracaqdır.

Nəhayət, Azərbaycan qazı ilə təmin olunan ölkələrlə qurulmuş möhkəm ikitərəfli əməkdaşlıq nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana Avropa İttifaqı dövlətlərinin dəstəyini artacaqdır.

Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın müasir enerji siyasətində başlıca mövqeyə malik olan TANAP, TAP və “Şahdəniz-2” enerji layihələrinin əsasının qoyulması bu gün qardaş Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqla yanaşı, həmçinin Azərbaycanın Avropa dövlətləri arasında nüfuzunun yüksəlməsinə və Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsinə mühüm töhfədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb