Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident!

Sizin mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında 5 iyun 2003-cü il tarixli Sərəncamınızı 130 illik Azərbaycan teatr tarixini özündə yaşadan C. Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyinin kollektivi böyük sevinc hissi ilə qarşılamışdır. Biz bu Sərəncamı Sizin mədəniyyət və incəsənət işçilərinə göstərdiyiniz diqqət və qayğı kimi qiymətləndirir və dərin təşəkkürümüzü bildiririk.

Sizə uzun ömür, cansağlığı arzulayırıq.

C. Cabbarlı adına Azərbaycan

Dövlət teatr muzeyinin kollektivi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin