Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Biz, Saatlı rayonunun səhiyyə işçiləri Sizin respublikanın tibb işçilərinin əmək haqlarının artırılması haqqında Sərəncamınızı yüksək dəyərləndirir və bunu rifahımızın yüksəlməsinə diqqət və qayğının yeni təzahürü kimi qiymətləndiririk.

Saatlı rayonunun səhiyyə kollektivi razılıq hissilə qeyd edirlər ki, Sizin yorulmaz fəaliyyətiniz nəticəsində respublikamızda tibb elminin inkişafı yüksək mərhələyə çatmış, bu sahədə böyük işlər görülmüşdür. Siz hər zaman səhiyyə işçilərinin problemlərinin həlli yollarını göstərməklə, bu işlərin həyata keçirilməsinə öz köməkliyinizi göstərmisiniz.

Rayonumuzun səhiyyə işçiləri əməyimizə verdiyiniz yüksək qiymətdən ruhlanaraq bundan sonra daha da yaxşı işləyəcək və qarşıdan gələn prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizi dəstəkləyəcəklər.

Dərin hörmətlə,

Saatlı rayonunun səhiyyə

işçiləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin