Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ CON MEYCOR İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 6-da Londonda Böyük Britaniyanın Baş naziri Con Meycor ilə görüşmüşdür.

Con Meycor dövlətimizin başçısını səmimi salamladı, onun dəvətini qəbul edərək qələbənin 50 illiyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Londona gəldiyinə görə minnətdarlığını bildirdi. Heydər Əliyev bu dəvətə görə cənab Meycora bir daha təşəkkür etdi və onunla görüşməkdən məmnun olduğunu söylədi.

Baş nazir Con Meycor Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini yaxşı xatırladığını vurğuladı və dövlətlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi barədə keçən ilin fevralında Londonda bağlanan sazişin böyük əhəmiyyətini qeyd etdi. İngiltərə hökuməti başçısının fikrincə, artıq Azərbaycanla Böyük Britaniya uzunmüddətli tərəfdaşa çevrilirlər.

Əməkdaşlığımızın inkişaf etdirilməsi üçün hər iki tərəfdən atılan addımların böyük əhəmiyyətə malik olduğunu söyləyən Heydər Əliyev Xəzərin Azərbaycana aid hissəsindəki neft yataqlarının birgə işlənməsi barədə respublikamızla Böyük Britaniya arasında imzalanmış müqavilənin həyata keçirilməsi sahəsində vəziyyətdən bəhs etdi. O dedi ki, Azərbaycan Böyük Britaniyanın bir sıra neft şirkətləri ilə sıx əməkdaşlıq edir. 30 il müddətinə “Britiş Petroleum”un 17 faiz paya malik olduğu bir müqavilə imzalanmışdır. Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə tərəfdar olduğunu söylədi.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasındakı müharibədə vəziyyət barədə İngiltərənin Baş nazirinə geniş söhbət açdı və dedi ki, bir ilə yaxın müddətdə atəşkəsə əməl olunsa da, ölkəmizin bir sıra torpaqları Ermənistanın işğalı altında qalmaqdadır, bu ərazidən qaçqın düşmüş bir milyondan çox vətəndaşımız ağır vəziyyətdə yaşayır. Heydər Əliyev müharibənin sülh yolu ilə başa çatmasında Azərbaycanın Böyük Britaniyanın dəstəyinə ciddi ehtiyacı olduğunu vurğuladı, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına kömək göstərməyi İngiltərə hökumətindən xahiş etdi. Prezidentin fikrincə, Böyük Britaniya ATƏT çərçivəsində öz fəaliyyətini daha da genişləndirə bilər. O, Budapeşt zirvə toplantısında ölkəmiz üçün əhəmiyyətli olan qətnamənin qəbul edilməsinə İngiltərənin köməyini yüksək qiymətləndirdi.

Respublikamızın rəhbəri ölkəmizdəki hazırkı ictimai-siyasi vəziyyətdən də bəhs etdi. Azərbaycanın müstəqilliyinin qorunması, hüquqi dövlət qurulması istiqamətində görülən işlərdən danışdı. Heydər Əliyev respublikamızın bazar iqtisadiyyatı yolunu seçdiyini söylədi və dedi ki, ölkəmiz beynəlxalq maliyyə orqanları ilə sıx əlaqələr qurmuş, artıq bir sıra kreditlərin alınmasına başlanmışdır.

Son il yarım ərzində Avropada Azərbaycanın imicinin yüksək sürətlə artmasından razılıqla söhbət açan Con Meycor qeyd etdi ki, indi Sizin ölkənizə sərmayə qoymaq üçün etibarlı tərəfdaş kimi baxırlar. O dedi ki, Böyük Britaniya Azərbaycanın güclü bir dövlət olmasında maraqlıdır. Baş nazir bildirdi ki, onun hökuməti Azərbaycanda bazar iqtisadiyyatının inkişafına yaxından kömək edəcəkdir.

Heydər Əliyev hələ əsrin əvvəlində İngiltərənin Azərbaycanda böyük marağı olduğunu vurğuladı və qeyd etdi ki, bu tarixi əlaqələr daha da genişləndirilməlidir. O dedi ki, Azərbaycan Böyük Britaniya kimi nüfuzlu bir dövlətlə müttəfiq olmağa, onun simasında yaxın dost tapmağa ciddi ehtiyac duyur.

Con Meycor bütün bunlar üçün, xüsusən müharibənin beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə başa çatması üçün İngiltərənin Azərbaycana hər cür dəstək verəcəyini bildirdi.

Respublika Prezidenti Heydər Əliyev Xəzər dənizinin statusu məsələləri ətrafında yaranan söhbətlərlə də əlaqədar Böyük Britaniyanın Azərbaycanın mövqeyini dəstəkləməsini xahiş etdi. Baş nazir Con Meycor bu işlə ciddi məşğul olacağını söylədi.

Səmimilik və mehribanlıq şəraitində keçən söhbət zamanı Azərbaycan Prezidenti Heydər Əliyev İngiltərənin Baş naziri Con Meycora onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırlatdı və dedi ki, respublikamızda Con Meycoru qonaq kimi qəbul etməkdən çox məmnun olarlar. Baş nazir dəvəti razılıqla qəbul etdi və mütləq vaxt tapıb bu səfəri həyata keçirəcəyini söylədi.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə keçirilən konqresin iştirakçıları Muncuqlutəpə nekropolisinin metal əşyaları barədə məlumatlandırılıb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 44 faizə düşüb

AÇG-nin “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel neft hasil olunub

İssık-Kulda qış festivalı keçirilib

Rusiya qazının “Türk axını” ilə Avropaya nəqlinin həcmi rekord səviyyəyə çatıb

Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 109,6 faiz icra edilib

Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi işə başlayıb

Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb

Sumqayıtda ümumi məhsul buraxılışı 1,1 faiz artıb

Əlilliyi olan şəxslər 11,3 min reabilitasiya vasitəsi ilə təmin edilib

Prezident İlham Əliyev: Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BANM-də “Hult Prize On Campus” mərhələsi keçirilib

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirəcək

Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq müdafiə sərgisi keçirilir

Azərbaycan neftinin qiyməti artıb

Arxeoloqlar elmə məlum olmayan heyvan növünün qalıqlarını tapıblar

DİN: Ötən gün 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

“The Caspian House”- Xəzər Evi təqdim olunub

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Hamiləlik ağırlaşmasının müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

® "Baku Steel Company" QSC Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Quş qripi xəstəliyinə qarşı növbəti monitorinq keçiriləcək

Ekvadorda torpaq sürüşməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub

Mənim də həyatım sözdü, şeirdi...

İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 31 nəfər ölüb

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

Ağcabədinin Şərəfxanlı kəndində qanunsuz tikili sökülüb

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 4 turbini quraşdırılıb

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Yüz tələbəyə adlı təqaüd verilib

Folklorşünas alim: Yalançı çərşənbə doğruçu çərşənbələrə zəmin hazırlayır

Qazaxıstanda mədəndə çökmə nəticəsində həlak olan yeddi mədənçinin cəsədi tapılıb

Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlanıb

“Diplomatic World Sweden” saytında "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş məqalə dərc olunub

Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər

Görmə illüziyalarının neyrobioloji əsasları məlum olub

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-ın Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert