Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM HEYDƏR ƏLİYEVƏ

Əziz Prezidentimiz!

Bu günlərdə səhiyyə işçilərinin əmək haqlarının 50 faiz artırılması barədə imzaladığınız Sərəncam Ağstafa rayonunun səhiyyə işçiləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu qayğı bizi daha yaxşı işləməyə ruhlandırmışdır.

Zati-aliləri!

Daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyən rayonumuzun səhiyyə işçilərinin qarşıdan gələn prezident seçkilərində hamılıqla Sizə səs verəcəklərinə əmin ola bilərsiniz.

Hörmətlə,

Ağstafa rayonunun səhiyyə işçiləri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin