Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının milli günü şəxsən Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirmək, sülh və firavanlıq arzulamaq üçün mənə xoş imkan verir.

Ölkələrimiz arasında danışıqların dərinləşməsi Rumıniya və Azərbaycan Respublikasının bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hər iki xalqın mənafeyinə uyğun olaraq inkişafına kömək edir.

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley yığıncağında görüşümüzü, regional və beynəlxalq məsələlərə dair ikitərəfli siyasi fikir mübadiləmizi genişləndirilməsi perspektivləri haqqında danışıqlarımızı səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Azərbaycan Respublikasının milli günü münasibətilə bir daha Sizi təbrik edir, Sizə yüksək ehtiramımı bildirirəm.

İon İliyesku

Rumıniyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin