AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu,
Yubileyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Bu əlamətdar gündə məmnunluqla vurğulayırıq ki, Sizin yorulmaz fəaliyyətiniz sayəsində dost Azərbaycan ictimai və iqtisadi həyatda müsbət nəticələrə nail olmuşdur. Bu gün Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutur, beynəlxalq və regional təhlükəsizliyin möhkəmlənməsi ilə bağlı aktual problemlərin həllinə fəal kömək edir.
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı inkişaf və tərəqqi yolu ilə dönmədən irəliləyəcəkdir.
Azərbaycanla tarixi dostluq, mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ənənələrinin biz rusiyalılar üçün böyük əhəmiyyəti var. Əminik ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsi sahəsində ölkələrimizin birgə səyləri ikitərəfli münasibətlərin genişlənməsinə, Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə bundan sonra da kömək edəcəkdir.
Çox hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, uzun illər fəal həyat, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Valentina Tereşkova
Rusiya XİN nəzdində Beynəlxalq Elmi və
Mədəni Əməkdaşlıq Mərkəzinin rəhbəri