AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
80 illik yubileyiniz münasibətilə Sizi təbrik edirəm. Təhlükəsizlik, enerji və bazar iqtisadiyyatının qurulması kimi ümumi məqsədləri həyata keçirməklə bərabər, Sizin rəhbərliyiniz dövründə ölkələrimiz arasında münasibətlər də möhkəmlənmişdir. İraq məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə mən öz minnətdarlığımı bildirir və Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisindəki inkişafı çox müsbət qarşılayıram.
Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratiya və bazar iqtisadiyyatı islahatlarına dəstək verməyi davam etdirəcəkdir. Oktyabr ayında keçiriləcək prezident seçkilərinə biz böyük ümidlər bəsləyirik, çünki bununla Azərbaycan demokratik xalqların cəmiyyətinə inteqrasiyasının genişlənməsini yenə də nümayiş etdirmək imkanı əldə edəcəkdir.
Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Vaşinqton, Ağ ev, 8 may 2003-cü il