Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident,

Səksən yaşınızın tamam olması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Artıq on ilə yaxındır ki, Siz ölkənizdə sabitliyin qorunmasına zəmin yaradırsınız. Azərbaycanın Avropa Şurasına daxil olması ölkənizi Avropa dəyərləri və hüquqi cəmiyyətə aparan yolda atılan vacib addım idi.

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və sülh yolu ilə həll edilməsi üçün Sizin uzun illər ərzində göstərdiyiniz səyləri mən böyük maraqla və ümidlə izləyirəm.

Qarşınızda duran məsələlərin öhdəsindən gəlmək üçün Sizə gələcəkdə də işdə ruh yüksəkliyi və cansağlığı arzulayıram.

Sizin

Yohannes Rau

Almaniya Federativ Respublikasının

Prezidenti

Berlin, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin