AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
Anadan olmağınızın 80-ci ildönümünü səmimi qəlbdən təbrik edirəm.
Gücünü ortaq keçmişimizdən alan yaxın və dostcasına münasibətlərimiz Zati-alilərinizin uğurlu rəhbərliyi nəticəsində bütün sahələrdə inkişaf edərək bugünkü səviyyəyə çatmışdır. Ölkələrimiz arasındakı nümunəvi münasibətlər daha da möhkəmlənərək gələcək nəsillərə çatacaqdır.
Bu münasibətlə Zati-alilərinizə uzun ömür, cansağlığı arzulayır, hörmət və ehtiramımı bildirir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının baş naziri
10 may 2003-cü il