AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Fürsətdən istifadə edərək, yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istərdim.
Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Mən həmçinin əmin olduğumu bildirmək istəyirəm ki, biz əməkdaşlığımızı bundan sonra da uğurla inkişaf etdirəcəyik.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın qarşılıqlı rifahı naminə daha da möhkəmlənəcəkdir.
Cənab Prezident, xahiş edirəm mənim ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.
Rolandas Paksas
Litva Respublikasının Prezidenti
Vilnüs, 9 may 2003-cü il