AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
Həyatınıza əlamətdar hadisə - anadan olmağınızın 80 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikasının təşəkkülü, onun iqtisadiyyatının möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi sahəsində səmərəli işiniz Sizə layiqli hörmət qazandırmışdır.
Belarus Respublikasında Sizi Belarus-Azərbaycan çoxşaxəli əməkdaşlığının inkişafına böyük töhfə verən görkəmli dövlət xadimi kimi tanıyırlar.
Əminəm ki, ikitərəfli dostluq münasibətləri ölkələrimizin xalqlarının mənafeləri naminə bundan sonra da inkişaf edəcəkdir.
Hörmətli Heydər Əlirza oğlu, yubiley günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji arzulayıram. Qoy Sizin bilik və müdrikliyiniz hələ çox-çox illər ərzində Azərbaycan xalqına fayda gətirsin.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Minsk, 10 may 2003-cü il