Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

80 illiyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından ürəkdən təbrik edirəm. Bu yaşa çatmaq keçmişdə əldə olunanların və gələcək üçün ümidlərin nəzərdən keçirilməsinə şərait yaradır. Sizə və ailənizə ad gününüzün uğurlu keçməsini, qarşıdan gələn illərdə cansağlığı və xoşbəxtlik arzulayıram.

Cənab Prezident, mənim Sizə olan yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Branson MakKinli

Beynəlxalq Miqrasiya Təşkilatının

baş direktoru

Cenevrə, 1 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin