Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizi Müstəqil Dövlətlər Birliyinin görkəmli siyasi xadimi kimi tanıyır və yüksək qiymətləndiririk.

Sizin müdrikliyiniz və təcrübəniz artıq neçə illərdir Rusiya və Azərbaycan xalqları arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmət edir.

Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uzun ömür arzulayıram.

Sergey Mironov

Rusiya Federasiyası Federal Məclisi

Federasiya Şurasının sədri

Moskva, 6 may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin