Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiyada Sizi müstəqil Azərbaycan dövlətinin qurulmasına, Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətləri yaradılmasına böyük şəxsi töhfə vermiş dünya miqyaslı, görkəmli dövlət xadimi və siyasi xadim kimi tanıyırlar.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə yönəldilmiş siyasət Rusiya və Azərbaycan xalqlarının firavanlığı naminə daha da inkişaf edəcəkdir.

Əziz Heydər Əlirza oğlu, Sizə çox çətin fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

Gennadi Seleznyov

Rusiya Dövlət Dumasının sədri

Moskva, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin