Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə sülh və nurlu gələcək naminə yeni şanlı nailiyyətlər arzulayım.

Əminəm ki, Azərbaycan və Rusiya xalqları arasında ənənəvi dostluq telləri ölkələrimizin iqtisadi və sosial inkişafı, təhlükəsizliyi naminə bundan sonra da möhkəmlənəcəkdir. Fürsətdən istifadə edərək, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiyanın Xarici Kəşfiyyat Xidməti arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa göstərdiyiniz yardıma görə səmimi minnətdarlığımı bildirmək istərdim.

Dərin hörmətlə və ən xoş arzularla,

Sergey Lebedev, general-polkovnik

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin

direktoru

Moskva, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin