AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz və sevimli dostum!
Çox şadam ki, dostlarınız müdriklik göstərərək, bizim hamımız üçün çox mühüm bayramı - 80 illik yubileyiniz münasibətilə şənlikləri və bununla əlaqədar, yenidən qurulmuş Dövlət Filarmoniyasının səbirsizliklə gözlədiyimiz açılış mərasimini başqa vaxta keçirdilər.
Bizim hamımız üçün ən başlıcası Sizin sağlamlığınızdır, ona görə də dostunuz kimi Sizdən acizanə xahiş etməyə ixtiyarım var ki, xəstəxanadan vaxtından əvvəl çıxmayasınız.
Bu, yəqin ki, təbiidir: səhhətdə problemlər yarandıqda bu, çox vaxt belə vəziyyətdə insana məhəbbətin, insanların öz dostunun səhhəti sarıdan necə həyəcan keçirmələrinin və xəstəliyi zamanı onu nə dərəcədə sevmələrinin sınağına çevrilir. Elə götürək Sizi, bilirəm ki, milyonlarla azərbaycanlı və bütün dünyadakı milyonlarla dostunuz, müxtəlif dinlərə mənsubiyyətindən asılı olmayaraq, Sizin sağalmağınız üçün dua edirlər.
Mayın 10-da Parisdə biz Qalina ilə Sizin sağlığınıza badə qaldıracaq, Sizin haqqınızda və qarşıdakı görüşümüz barədə düşünəcəyik.
Sizi sevən,
Mstislav Rostropoviç--