AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz Heydər Əlirza oğlu!
Rusiya Rəssamlıq Akademiyasının Rəyasət heyəti və şəxsən biz Sizi şanlı yubileyiniz münasibətilə səmimi qəlbdən salamlayır və təbrik edirik.
Biz Sizi, mədəniyyətə və onun ustalarına qayğıya öz çoxşaxəli fəaliyyətinizdə həmişə öncül yerlərdən birini vermiş görkəmli dünya siyasətçisi, müdrik dövlət rəhbəri kimi yüksək qiymətləndiririk.
Şadıq ki, Azərbaycanla Rusiya arasında, Akademiyamızla rəhbərlik etdiyiniz respublikanın yaradıcı ziyalıları arasında çoxdan başlanmış mədəni əməkdaşlıq Sizin misilsiz dəstəyiniz sayəsində yeni inkişaf stimulları almışdır və biz bu nəcib prosesə hər vasitə ilə yardım göstərməyə hazırıq.
Bu bahar, may günlərində Sizə və gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bütün işlərinizdə uğurlar arzulayırıq.
Zurab Sereteli
Rusiya Rəssamlıq Akademiyasının prezidenti
Tahir Salahov
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti