Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz cənab Prezident!

Vətəndaş müraciətlərinə baxılması işinin yaxşılaşdırılmasına dair yerli icra orqanları işçilərinin Ağcabədi şəhərində keçirilən zona seminar-müşavirəsinin iştirakçıları Sizi - böyük şəxsiyyəti, müdrik insanı, dünya şöhrətli siyasi xadimi, ümummilli liderimizi və əvəzsiz dövlət başçımızı 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirlər.

Möhtərəm cənab Prezident!

Siz böyük, mənalı və mübarizələrlə dolu ömrünüzün yarım əsrdən çoxunu Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafına sərf etmisiniz.

Yerli icra orqanları Azərbaycan Rspublikasında demokratik və hüquqi dövlət quruculuğu sahəsində Sizin siyasətinizi həyata keçirmək üçün var qüvvələri ilə çalışırlar.

Əziz cənab Prezident!

Sizə möhkəm cansağlığı, uzun ömür, doğma Azərbaycanımızın daha da tərəqqi etməsi, xalqımızın xoşbəxt və firavan yaşaması naminə apardığınız dünya miqyaslı işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ağcabədi, Ağdam, Beyləqan, Bərdə,

Zərdab, İmişli, Goranboy, Laçın, Tərtər,

Ucar, Füzuli, Xocavənd rayonları yerli icra

orqanları işçilərinin zona seminar-

müşavirəsinin iştirakçıları

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin